Qubad İbadoğlunun Neft Fondu ilə gizli anlaşması- şok fakt » Qaynarxett.az Qaynarxett.az

Qubad İbadoğlunun Neft Fondu ilə gizli anlaşması- şok fakt

658

Qubad İbadoğlunun Neft Fondu ilə gizli anlaşması- şok fakt














Özünü Məmməd Əmin Rəsulzadənin qatı davamçısı hesab edən müsavatçı Şahmar Mövsümovun təklifi ilə yeni təşkilat hakimiyyətə yaxınlığı ilə xüsusi olaraq seçilən keçmiş deputat Əliməmməd Nuriyevin həmtəsisçiliyi ilə yaradıb

Sıralarında 140- dan artıq QHT- ni birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında yenidən ara qarışıb. Cumhuriyyet.az-ın verdiyi məlumata görə buna səbəb son zamanlar fəaliyyəti sıfıra enmiş Koalisiyanın koordinatoru, Musavat partiyasına başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun bir neçə özünə yaxın Koalisiya üzvü ilə birlikdə Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovla Koalisiyadan və ictimaiyyətdən xəbərsiz görüşməsi olub. Qurumda vəziyyətin gərginləşməsinə səbəb isə Qubad İbadoğlunun həmin görüşdən Koalisiyanın xeyrinə olmayan Ş. Mövsümovdan aldığı gizli bir təlimatla gəlib dərhal həmin təlimatın icrasına başlaması olub.
Belə ki, son günlər Azərbaycanda hakimiyyət tərəfindən vətəndaş cəmiyyətinin repressiyalara mərzu qalması səbəbindən EİTİ Beynəlxalq İdarə heyətində ciddi təpkilərlə üzləşən, hətta "Lazım gəlsə Azərbayacn EİTİ- dən çıxa bilər” bəyanatını səsləndirən Şahmar Mövsümov 140 QHT- nin cəmləşdiyi QHT birliklərindən qurtulmaq üçün Koalisiyadan can qurtarmaq üçün maraqlı təklif verib; "Gedin eyni adda QHT yaradın, Ədliyyə nazirliyində qeydiyyatına biz kömək edəcəyik” təlimatını verib. Bu təlimatın DNF rəhbərinin özündən deyil, hakimiyyətin yuxarı qatlarından gəldiyini dəqiqləşdirmək hələ mümkün olmayıb. Amma cumhuriyyet.az saytına məlumatlandıran mənbə bildirib ki, görüşdən bu mesajla qayıdan Qubad İbadoğlu dərhal təlimatın yerinə yetirilməsinə başlayıb. Koalisiya üzvlərinin iştirak etmədiyi Koalisiyanın Şura iclasında onlardan xəbərsiz "Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası” İctimai Birliyinin yaradılması haqqında qərar qəbul edib. Ən maraqlısı odur ki, özünü Məmməd Əmin Rəsulzadənin qatı davamçısı hesab edən Qubad İbadoğlu Şahmar Mövsümovun təklifi ilə yeni təşkilatı hakimiyyətə yaxınlığ xüsusi olaraq seçilən keçmiş deputat Əliməmməd Nuriyevin həm təsisçiliyi ilə yaradıb. Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, başqanlığa keçmiş namizəd Şahmar Mövsümovla görüşündə Koalisiya üzvlərinə göndərdiyi məlumatda açıqca bildirb ki, "Görüşdə təklif olunub ki, "Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası"İctimai Birliyi təsis olunsun və bu birlik Koalisiya üçün maliyyə opratoru funksiyasını həyata keçirsin”. Yəni Koalisiyaya pullar bu təşkilat vasitəsi ilə gəlsin. Bu pulların hardan gələcəyi isə təbii ki, Şahmar müəllimdən asılı olacaq.
Qubad İbadoğlu bu məlumatı Koalisiyanın email qrupunda paylaşarkən dərhal bir sıra Koalisiya üzvlərinin kəskin itihamları ilə qarşılaşıb. Hətta ittihamlar facebook sosial paylaşım şəbəkəsinə də keçib. Və maraqlıdır ki, bu müzakirələrə dərhal Musavat partiyasının başqanı Arif Hacılının tərəfdarları srət reaksiya verməyə başlayıblar. Ən kəskin reaksiyanı isə MSŞA Koalisiya üzvü Sahib Məmmədov verib. O yazıb; "Qubad bəy Mən Sizin hökumət nümayəndələri ilə intensiv və separat sövdələşmələ apardığınızı bilirdim. Onu da bilidim ki, Sizin siyasi məğlubiyyətdən sonra hansısa yeni pozitsiya verilməlidir.
İndi 3 nəfər 140 nəfərin təsisçisi olduğu təşkilatta sahib olmaq istəyirsiz. Bu qanuna ziddir.
Mən şəxsən buna yol verməyəcəm. MSSA-ni təsis edənlərdən biri də mənəm. Ola bilər Siz burda hamıya yazasız ki,hər şey yerində qalacaq filan. Boş şeydir.
Mən axı MSSA ilə bağlı qanun layihəsini hazırrlayarkən bütün təcrübəni öyrənmişəm. Liberiya və Nigeriyada -5-6 təsisçi var. Onlar da çoxtərəfli qrupda təmsil olunur.
Başqa heç nə yoxdur.
Burda da bir müdddət Şura filan olacaq sonra onların heç bir hüquqi satusu olmadığı üçün unudulacaqdır.

İndidən deyirəm ki, bu bizm yaratdğımız təşkilatı oğurlamaqdır. Vaxtıilə Anar Məmmədli də belə etdi. Bizim yaradığımız təşkilatı xəbər vermədən öz adına təsis elədi. Axırda təsisçilərdən biri onu məhkəməyə verib qərarı ləğv etdirdi.
Başa düşürəm ki mənə bu çətin olacaq. Çünki Sizə olan dəstəyin hardan olmasını yaxşı bilirəm.
Amma bu barədə əmin olun ki mən haqqımı yeməyə heç kəsə imkan verməyəcəş
Ümid edirəm ki Kolasiyyada olan sizin adamları çıxmaq şərti ilə digərləri də buna etiraz edəcəkdir.
Hətta heç kəs bunu etməsə belə mən ilk növbədə Beynəlxalq Katibliyə, Ədliyyə Naziliyinə, sonra isə məhkəməyə müraciət edəcəm.

Mənim təsisçi olmağımı sübut edən çoxsalı faktlar var. Seçim qrupunun rəhbəri olmuşam, ÇQ üzvü olmuşam. Kifayət qədər yazışmalar var.
Sizdən isə heç nə gözləmirəm. Deputat olmaq üçün silahdaşlarına xəyanət yolu tutan adamdan mənim umacağım yoxdur.”
Digər Koalisiya üzvləri Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Şaban Nəsirov və digərləri də Qubad İbadoğlunun bu addımına etiraz ediblər.
Amma ən maraqlı situsiya heç şübhəsiz yaxın saatlarda Musavat partiyasında cərəyan edəcək. Şünki Qubad İbadoğlu Arif Hacılı və onu müdafiə edənləri Musavatçılıq prinisplərinə xəyanət etməkdə, hakimiyyətə işləməkdə ittiham edirdi. İndi özü əsaslı şəkildə bu ittihamlarla üz- üzə qalacaq. Necə deyərlər Arif Hacılı Qubad İbadoğlunu vurmaq üçün çox tutarlı fakt əldə edib.