backend

Ermənilər Zəngilanda terror edirlər – FOTO

Ermənilər Zəngilanda terror edirlər – FOTO














Özbəkistanın “Tnews.uz” portalı Azərbaycanın Zəngilan rayonunun işğalı ilə bağlı məqalə yayıb.

Axar.az xəbər verir ki, məqalədə bildirilir: 1993-cü il oktyabrın 29-da Azərbaycanın səfalı guşələrindən biri olan Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, oradakı tarixi abidələr dağıdılıb, kəndlər viran qoyulub. İşğala qədər rayonda 83 kənd, 19 ibtidai, 15 orta məktəb, 9 məktəbəqədər tərbiyə müəssisəsi, 1 texnikum, 1musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub olub. Birinci Qarabağ müharibəsində rayondan 188 şəhid olub, 44 nəfərin taleyi haqqında heç bir məlumat yoxdur. Zəngilanın 45 min nəfərlik əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb.

Məqalədə vurğulanır ki, bu gün ermənilər Zəngilan rayonuna qarşı ekoloji terror həyata keçirirlər. Rayondakı meşələr, nadir ağaclar kəsilərək Ermənistana daşınıb, qoruqlar məhv edilib.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul etsə də, terrorçu ölkə hələ də bu sənədlərə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir.Ermənilər Zəngilanda terror edirlər – FOTO