backend

Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər

Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər












Paytaxtımızın mərkəzində sahibsiz itlər görmək adi hala çevrilib, xüsusilə də şəhər ətrafı qəsəbələrdə. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır

Budur, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mətbuata verilən məlumata görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər









Yerdə qalanlar da yəqin ki, pişik cırmaqlaması, qaz dimdikləməsi, at və eşşək gəmirməsi olar. Bizim fağır camaatı timsah və ya köpək balığı dişləyəsi deyil ki.

Təkcə yuxarıdakı fakt göstərir ki, kiminsə sahibsiz itlərə sahib çıxması lazımdır. Bir-iki il də bu cür davam etsə, sahibsiz itlərin əlindən küçəyə çıxmaq mümkün olmayacaq.Çünki çox sürətlə artırlar. Nə veclərinədir, ailə planlaması düşünmürlər, soysuzluq problemləri yoxdur, züryətlərin təhsil, səhiyyə, iş, ev, karyera dərdini çəkmirlər, elə bir ucdan doğub-törəyirlər.

Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər











Hələ indi yaxşıdır, o sahibsiz heyvanlar yeməyə bir şey tapırlar, ancaq sabah, sayları ifrata varanda və qida çatışmazlığı problemi ilə üzləşəndə məcburən daha da vəhşiləşəcəklər. İtlər “Ac qılınca çapar” kəlamını bilməsələr də, aclığın mahiyyətini bilir, hiss edirlər. O üzdən gerçəkdən də gərək bir tədbir görülsün. Küçə itləri bəzi cins itlər kimi bəxtəvər deyillər ki, kimsə onlara sahib çıxsın, çipdə gəzdirsin, cakuzidə çimizdirsin, delikates yeməklər yedirtsin. Küçə itləri bəxtsizdir, nəsil şəcərələri etibarı ilə zatıqırıqdırlar, öz güclərini, eləcə də hüquqlarını bilmirlər.

Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər









Onları dünyanın çox yerində incidirlər. Düzdür, müdafiəçiləri də var, amma hələlik uğurlu ola bilmirlər.

Qanun nə deyir?


Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.


Bakının mərkəzində CANLI TƏHLÜKƏ: Sahibsiz itlər