backend

Ermənistanın regional təcridi dərinləşir - İrandan Azərbaycanın ərazi bütövlüyünə dəstək

Ermənistanın regional təcridi dərinləşir - İrandan Azərbaycanın ərazi bütövlüyünə dəstək















Region dövlətləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

30 oktyabr tarixində İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olundu;

29 oktyabrda yenə İstanbulda keçirilmiş Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda da dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər və bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin bu prinsiplərlə tam uyğun olmasına dair razılıqlarını ifadə ediblər. Eyni zamanda, sözügedən bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğulayıblar; bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildiriblər.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirmişdi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman sanki Azərbaycanın mövqeyini təkrarladı. Realist siyasətçi olan Con Bolton bildirdi ki, əgər Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir.

Bütün bunlar region dövlətlərinin və bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin bariz nümunəsidir.

Ermənistan yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb.

Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. 2017-ci ildə Serj Sarkisyanın hakimiyyəti dövründə Aİ Ermənistanda seçkilərin keçirilməsi üçün 7 milyon avro ayırdığı halda, Paşinyana ianə olaraq cəmi 3 milyon avro ayırıb. Bu ilin yayında Brüsseldə olan zaman Paşinyanın Aİ-dən əvəzsiz yardım formasında bir milyard avro tələb etməsi hələ də Aİ kuluarlarında gülüş obyektidir. Gürcüstanda ermənipərəst siyasətçi kimi tanınan və milli zəmində diskriminasiya xarakterli açıqlama verən Salome Zurabaşvili bütün inzibati resursların səfərbər olunmasına baxmayaraq uğur qazana bilmədi. Bu, anti - Azərbaycan qüvvələrinin regionda ciddi məğlubiyyəti kimi də qiymətləndirilə bilər.

Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşcəkdir. Siyasi, iqtisadi, sosial, demoqrafik və diplomatik böhrandan çıxmağın yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması və qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır.(musavat)