backend

Bu mağazalardan mal almayın – XƏBƏRDARLIQ

Bu mağazalardan mal almayın – XƏBƏRDARLIQ






















İstehlakçıların nəzərinə!

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Monitorinqlər zamanı Bakının Nəsimi və Nərimanov rayonlarında, eləcə də Gəncə, Kürdəmir, Sabirabad, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Masallı, Balakən və Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Bu barədə Oxu.Az-a nazirlikdən bildiriblər.

Yararsız mallar aşarlanan mağazalar aşağıdakılardır:

Bakının Nərimanov rayonunda

- O.Əliyev küçəsi, 152-ci sahə, 1934-cü məhəllədə Ələkbər Əliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nəsimi rayonunda

- 5-ci mikrorayon, 20 Yanvar küçəsində Yaşar Məmmədova məxsus mağazada;

Nərimanov rayonunda

- Atatürk prospekti, 31 ünvanında Tehran İbrahimova məxsus mağazada;

Gəncə şəhərində

- Xətai prospekti, 44A ünvanında Vəfa Qocayevaya məxsus mağazada;
- Təbriz küçəsi, 31A ünvanında Elmar Məmmədova məxsus mağazada;

Kürdəmir şəhərində

- Babək küçəsində Emil Gərayevə məxsus mağazada;
- X.S.İslamzadə küçəsində Polad Səmədova məxsus mağazada;
- Vaqif küçəsində Ramil Zeynalova məxsus mağazada;

Sabirabad şəhərində

- H.Əliyev prospektində Eldəniz Əliyevə məxsus mağazada;

Qusar rayonunda

- Samur qəsəbəsində Nərminə Sultanovaya məxsus mağazada;
- Qusar şəhəri, Füzuli küçəsi, 22 ünvanında Həmid İskəndərova məxsus mağazada;

Xaçmaz şəhərində

- M.Ə.Rəsulzadə küçəsi, 13 ünvanında Gülbəniz Abasovaya məxsus mağazada;

İsmayıllı şəhərində

- Babək küçəsi, 3 ünvanında Nüsrət Abbasova məxsus mağazada;

Şamaxı şəhərində

- N.Nərimanov küçəsində Mehman Dəmirova məxsus mağazada;

Masallı şəhərində

- Seybətin küçəsində Adil İsmayılova məxsus mağazada;

Balakən şəhərində

- H.Əliyev prospektində Rüstəm İbadova məxsus mağazada;

Zaqatala şəhərində

- F.Əmirov küçəsi, 30A ünvanında Azad Ağayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.