backend

QUSARDA ŞAİR ALXASOVUN "GESTAPO REJİMİ" - 2-ci grup əlil imdad diləyir

QUSARDA ŞAİR ALXASOVUN "GESTAPO REJİMİ" -  2-ci grup əlil imdad diləyir

Qusarda dərəbəylik baş alıb gedir. Rayon icra başçısı Şair Alxasov rayonu "gestapo rejimi"lə idarə edir. O, vəzifədə olduğu 5 il müddətində özünə yaxın olan şəxslərin adına xeyli sayda mağaza, kafe, aptek, bazar tikdirib. Alxasovun yaxın ətrafı rayonda böyük torpaq sahələrini özəlləşdirib, bəzi məktəblərin meyvə sahələrini ələ keçirib. İcra başçısı xeyli yaşıllıq sahəsini və ağacları məhv eləməsinə rəvac verib. Qusar sakinləri bu barədə dəfələrlə Prezident Administrasiyasına müraciət edilsə də heç bir cavab alınmayıb.



Bu barədə Qaynarxett.az-a zərərçəkmiş Qusar sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu məlumat verib. O, icra başçısının qanunsuz əməllərinə artıq dözüm qalmadıgını bildirir.

"Qusar RİHB-sı Şair Alxasov 1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində, əzab əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb göstərmədən sökdürüb.

Mülkiyyətimdəki 0,46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə özümün iştirakım olmadan aparılan söküntü zamanı hətta evimdəki 30000 manat və 8000 ABŞ dollar pulum da oğurlanıb.

Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə o, öz nüfuzundan sui-istifadə edərək, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyevə qanunsuz tapşırıq verməklə, mənə qarşı əsasız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət işi başladaraq, materialları Qusar rayon məhkəməsinə göndərib.

3 il ərzində yüzlərlə lüzumsuz məhkəmə prosesindən sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarı ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrinin müvafiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsasən, Azərbaycan Dövlət bücəsi hesabından Maliyyə Nazirliyi vasitəsilə mənə vurulmuş maddi və mənəvi zərərə görə 1700 manat məbləğində pul vəsaiti təzminat şəklində ödənilib.

8 ildən çox vaxt keçməsinə, dəfələrlə etdiyim müraciətlərə və xahişlərə baxmayaraq Qusar RİH-i mənə vurulmuş zərərə görə kompensasiya ödəməyib. Belə qanunsuz hərəkət ailə büdcəmə külli miqdarda zərər vurub.

Hörmətli redaksiya artıq Şair Alxasovun qanunsuz əməllərindən bogaza yıgılmışam, ümüdüm hər yerdən kəsilib. Ailəliklə ölkədən baş götürüb getməyə qərarlıyam."


Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, Qusar İcra Hakimiyyətinin rəsmi saytında qurumun işçilərindən heç kimin əlaqə nömrəsini tapa bilmədik. Qeyd olunan nömrəyə isə dəfələrlə zəng vursaq da, zəngimizi götürən olmadı.

MÖVZUNU DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAGIQ.
Qaynarxett.az