backend

Yusif Yusibov prezidenti necə aldadıb: GDU sərəncamının pərdəarxası

Yusif Yusibov prezidenti necə aldadıb: GDU sərəncamının pərdəarxası














Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə, bir qrupu isə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
Ölkə rəhbərliyinin təhsil sistemi və bu sahədə çalışanlarla bağlı diqqəti ilk dəfə deyil. Amma təəssüflər olsun ki, yerlərdə bu diqqətdən sui istifadə edilir. Bu dəfə də Gəncə Dövlət Universitetində təltif edilən şəxslərin bəzilərinin elmi və pedoqoji səviyyələrinə görə deyil subyektiv meyarlarla siyahıda yer aldığı iddia olunur.

Belə ki, Anaxeber.info-ya GDU-dakı mənbədən daxil olan məlumata görə Universitetin rektorunun verdiyi təqdimatda bir neçə müəmmalı ad yer alıb. Məsələn “Tərəqqi” medalı ilə təltif edilən Zakir Zeynalov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin 1-ci müavini postunda çalışmış, sonralar isə şəhər kommunal şöbəsi üzrə 1-ci müavin işləmiş Mikayıl Zeynalovun oğludur. Z.Zeynalovun hər zaman atasının mövqeyinə görə GDU-da irəli getdiyi deyilir. Görünür rektor Yusif Yusibov Gəncədə dönəmin dəyişdiyinin hələ də fərqində deyil. “Tərəqqi” medalı alan digər bir şəxs Fəxrəddin Məmmədov isə Universitetdə tələbələrin ən çox narazılıq etdiyi müəllimlərdəndir. Həmin siyahıda yer alan Kubışov İlqar Nadir oğlu isə elmi-pedoqoji fəaliyyətdən daha çox rektora xidmət göstərməyi ilə ad çıxarıb. “Əməkdar müəlim” adı alanlar sırasında Aslanova Emma Şəmkir rayonunun mərhum icra başçısı Aslan Aslanovun bacısıdır. Bu ada layıq görülən digər bir şəxs Mübariz Yusibovun isə adı Universitet daxilində bir çox qalmaqallarda hallanıb ki, bu qalmaqalların bəzisini media səhifəsinə çıxartmaq belə etik deyil. Məlum sərəncamla Fəxrəddin Həsənova “Əməkdar mühəndis” adı verilib. İlk baxışda GDU əməkdaşına belə bir ad verilməsi təəccüb doğura bilər. Amma Anaxeber.info-nu məlumatlandıran mənbə bu məsələyə də aydınlıq gətirib. Bildirilir ki, F.Həsənov rektor Yusif Yusibovun tikinti biznesinin qara kassasıdır.