backend

Masallıda 4 dəfə həbsdə olmuş şəxsi bələdiyyə sədri qoymaq istəyirlər

Masallıda 4 dəfə həbsdə olmuş şəxsi bələdiyyə sədri qoymaq istəyirlər















Qızılağac kəndinin hazırkı icra nümayəndəsi Şamil Məəmdovla ağlı ilginc faktlar

Masallıda dekbarın 23-də keçiriləcək bələdiyyə seçkilərinə şıdırğı "hazırlıq” gedir. Rayondan verilən məlumata görə, hələ bir müddət əvvəldən siyahı hazırlamış İcra Hakimiyyəti seçki günü işlərini yekunlaşdırmağı gözləyir. Məlumatda deyilir ki, kəndə və qəsəbələr üzrə bütün bələdiyyə üzvləri və sədrlərin kimliyini əks etdirən siyahıda əsas yerləri tutanlar sırasında bu posta yaraşmayan və ya seçilməsi qanunla qadağan edilən şəxslərin də adı var. Onlardan biri kimi, rayonun Qızılağac kənd sakini, eyni zamanda həmin kəndin icra nümayəndəsi işləyən Şamil Məmmədovdur.
Məlumata görə, 4 dəfə müxtəlif ağır cinayətlər səbəbəbindən həbsdə yatmış Şamil Məmmədovun kəndin icra nümayəndəsi təyin olunması özü müəmmalıdır. Sözügedən şəxsin cəkdiyi cəzalar sırasında əhali arasında təşviş yaratmaqdan başqa zorlama maddəsi ilə ittiham olunması da var. Məmmədovun Qızılağac kənd bələdiyyəsinə sədr seçdirilməsini dəstəkləyənlər isə elə Masallı rayon İcra Hakimiyyətinin rəhbərliyidir. Onlar kəndin hazırkı bələdiyyə sədri Mina Quliyevanın yerinə Şamili gətirməklə bəzi problemləri həll etməyə çalışırlar. Onların sırasında kəndin yaxınlığında yerləşən, qədim yaşayış yeri kimi tanınan, həmçinin xəzinə olduğu iddia edilən Həzitəpə məsələsi də var. Bununla bağlı dünən geniş məlumat vermişdik.
Bir digər məsələ isə kənd sakinlərinin paybəlli torpaqlarının 100 hektarlıq hissəsinin "Azərsun” şirkətinə satılması ilə bağlıdır. Viləş çayının Xəzər dənizinə tökülən hissəsində münbit torpaqların "Azərsun”a hansı əsasla və məqsədlə satıldığı məlum deyil. Məlumatda deyilir ki, Şamil Məmmədov Qızılağac kəndinin sakinləri arasında heç bri nüfuza sahib deyil. Həmçinin onun bir çox qanunsuzluqlara imza atdığı da deyilir. Hal hazırda icra nümayəndəsi işləyən sözegdən şəxs hətta düynasını dəyişmiş kənd sakininin adına saxta sənədlərlə 6 aya yaxın ünvanlı sosial yardım alıb. Bu məsələ isə Masallı Prokurorluğunda araşdırılsa da, müəmmalı şəkildə qapadılıb. Amma hazırda mərhumun qohumlarının şikayəti əsasında hazırda Masallı rayon Polis Şöbəsində bununla bağlı təhqiat aparılır.