backend

Saatlının Soltanabad kəndində şəhid ailəsinin yolunu kəsdilər

Saatlının Soltanabad kəndində şəhid ailəsinin yolunu kəsdilər

Saatlının Soltanabad kəndində şəhid ailəsinin yolunu kəsdilər


Ölkədə qanunsuzluq, dərəbəylik pik həddə çatıb. Qaynarxett.az-a üz tutan Saatlı rayon sakini, şəhid ailəsiQarayeva Yeganə Heydar qızı yazır:
“10 il olar mən Soltanabad kəndində yaşayıram, həyat yoldaşım Qarabağ döyüşlərində şəhid olub.Həmin kəndin sakini Rəsul adlı bir şəxs 7-i evə gələn yolu bağlayıb. Mən bu barədə Saatlı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham müəllimin yanında oldum.O, mənə dedi ki, get, arxayın ol, mən sizin yolu açdıracağam. Ancaq İki ay keçməsinə baxmayaraq hələ də bizim yol bağlıdır. Mən icra hakimiyyətinə gedib-gəlməkdən yorulmuşam. Ancaq heç kim Rəsul adlı şəxsə “gözün üstə qaşın var” deyə bilmir. Biz 7 ailə isə yolsuz qalmışıq. Dərdimizi deməyə bir ünvan qalmayıb. Xahiş edirik bizi bu Rəsulun əlindən alın, onun qanunsuz hərəkətlərini ictimailəşdirin ki, bəlkə aidiyyatı orqanlar bizə kömək etdilər”.

Şikayət ərizəsi ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə qurmaq istəyimiz baş tutmadı. Dəfələrlə zəng etməyimizə baxmayaraq İH başçısının 1-ci müavini İlham müəllim telefonu qaldırmadı. Qarşı tərəf kimi icra hakimiyyətinin də mövqeyini öyrənib dərc edəcəyik.
Qaynarxett.az