backend

SAATLIDA DƏRƏBƏYLİK: Vətəndaşı camaatın gözü qarşısında şil-küt etdilər və ya Yetmiş ton boranı ogurlugu məsələsi

SAATLIDA DƏRƏBƏYLİK: Vətəndaşı camaatın gözü qarşısında şil-küt etdilər və ya Yetmiş ton boranı ogurlugu məsələsi

Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar yenə də özbaşınalıqlarından əl çəkmirlər. Buna görə bu günə qədər bir neçə məmurun cəzalandırılması da digərlərinə dərs olmayıb.
Rayonlarda vəziyyət paytaxta nisbətən daha pisdir. Rayonların "kiçik padşahları" heç bir qanunsuzluqdan əl çəkmir, özlərini buranın sahibi kimi hiss edirlər. Bunun nəticəsidir ki, Azərbaycanın əksər rayonlarında rüşvətxorluq, korruspiya, məmur özbaşınalığı baş alıb-gedir, əhalinin heç bir sosial-iqtisadı probelmi həll olunmur, vətəndaşlar hər addımda məmur haqsızlığı ilə üzləşir. Qaynarxett.az-a şikayət məktubu ünvanlayan Saatlı rayon Soltanabad kənd sakini Həsənov Pənah Əlibaxış oğlu başına gələn inanılmaz olaydan bəhs edir. O, bildirir ki, kənddə təsərrüfatla məşğuldur. Ailəlilidir, üç övladı var. Çox çətinliklə olsa da onları birtəhər dolandırır. Ancaq həmkəndlisi Füzuli Bağırovun qoçuluğu qarşısında aciz qalıb. Hüquq-mühafizə orqanları da onun tərəfindədir.


Yetmiş ton boranı ogurlugu məsələsi


Kənd sakini Fizuli Bağırov Soltanabad kəndində sözün həqiqi mənasında “qoçu” kimi tanınır. Bu adam kənddə kimi istəsə şərləyir, döyür, bir sözlə istədiyini eləyir. Ona bu gücü yaxşı “danos” yazmaq bacarığı qazandırır. Elə Pənah Həsənov da bir hektar bələdiyyə torpağının güdazına gedib. Belə ki, Fizuli Bağırov Pənahın öhdəsində olan 1 ha torpağı özünün 7 ha torpağına qatmaq istəyib. Lakin, Pənah buna heç vəchlə razı olmayıb. Belə olduğunu görən Fizuli də onu adəticə şərləməyi qərara alıb. Və Saatlı rayon polis şöbəsinə şikayət ərizəsi yazaraq ona məxsus 70 ton boranı məhsulunun Pənah Həsənov tərəfindən oğurlandığını bildirib. Təhqiqatçı Elcan onu polis şöbəsinə dəvət edib izahatını alıb.

Sonradan şər-böhtana düçar olduğunu görən Pənah Saatlı Rayon İH-nin başçısı Siraqəddin Cabbarovun qəbulunda olmağa müəssər olub. Başçının polis şöbəsinə ciddi tapşırığından sonra həmin 70 ton boranı məsələsinə xitam verilib.

Camaatın gözü qarşısında şil-küt oldu.



Bu ilin sentyabr ayının 27-də təxminən saat 18 radələrində Pənah dayısı oğlu Məzahir Əsgərovla qonşu Nəsimi kəndinin mərkəzində dayandığı vaxt Füzuli Bağırov və onun oğlu Pərviz tərəfindən heç bir səbəb olmadan təzyiqə məruz qalmış, döyülmüşdür. Onlar tərəfindən Pənahın başına xəsarət yetirilmiş və zərbələrdən o huşunu itirərək yerə yıxılmışdır. Özünə gələndən sonra 102 və 103 xidmətlərinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən 50 dəqiqədən sonra təcili yardım gəlib ona ilkin yardım göstərmiş və Pənahı Saatlı rayon Mərkəzi Xəsətxanasına aparmışlar. O, zəng etməyinə baxmayaraq 102 xidməti hadisə yerinə gəlməmişdir: “Mən xəstəxanada olan zaman axşam 11 radələrində təhqiqatçı gəldi və baş verən hadisəylə bağlı məndən izahat aldı. Mən aldığım baş-beyin travması ilə bağlı 7 gün Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldım. Ancaq buna baxmayaraq mənim səhətim pis olduğu üçün təcili Bakı şəhər Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərdilər. hal-hazırda aldığım zərbədən mən həmin xəstəxanada müalicə olunuram. Bu günə qədər onlara qarşı polis tərəfindən heç bir tədbir görülməyib.

Prokuror qanun tərəfdə oldu



Pənah Həsənov noyabr ayının 5-də polis tərəfindən heç bir tədbir görülmədiyindən Saatlı Rayon Prokuroru Kamran müəllimin qəbulunda olub. Və başına gələn hadisələri danışıb. Prokuror hadisəni araşdırandan sonra polis şöbəsinin müstəntiqini yanına çağırıb və işə qanun çərçivəsində düzgün baxılmasına tapşırıq verib: “Bundan sonra rayon polis şöbəsinin müstəntiqi müəllim məni yenidən şöbəyə çağırdı və bildirdi ki, sənin şikayətinə yenidən baxılacaq. Məndən hadisə ilə bağlı əlavə izahat aldı. Hazırda istintaq davam edir. Ancaq mənə şübhəli qalan mənim haqlı şikayətimə maneçilik törədilməsidir. Eşitdiyimə görə rayon icra hakimiyyəti tərəfindən Fizuli Bağırov və oğlu Pərvizi müdafiə edilirr”.

Olayı diqqət mərkəzində saxlayacağıq.


Qaynarxett.az