backend

Millət vəkili hökumət üzvlərini tənqid etdi — Bir çoxu iclası tərk edib

Millət vəkili hökumət üzvlərini tənqid etdi — Bir çoxu iclası tərk edib














Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib.
E.Məmmədov qeyd edib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır.
“Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?” - deyə deputat bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür iclasda iştirak edirlər: “Bəzi sahələrin aidiyyatı şəxsləri gediblər. Amma müzakirəyə aidiyyatı olan şəxslərin hamısı iclasda iştirak edirlər”.