backend

Azərbaycanda ana və körpəsi doğuş zamanı öldü - YENİLƏNİB

Azərbaycanda ana və körpəsi doğuş zamanı öldü - YENİLƏNİB
























Nazirlik məsələ ilə bağlı açıqlama verib.

Səhiyyə Nazirliyi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında baş verən ana və körpə ölümü ilə bağlı açıqlama verib.

qaynarxett.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin AzVision.az-a açıqlamasında bildirdiyinə görə, artıq bu hadisə ilə bağlı Səhiyyə Nazirliyinə məlumat daxil olub:

“Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası artıq araşdırma aparır. Bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı və körpəsi doğuş zamanı dünyasını dəyişib.

11:08

Ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. Körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da körpə yolda keçinib.

Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər.

“Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”- deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.

Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.

Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynovaya 6 ay doğuşa girmək qadağan edilmişdi.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır.