backend

Cənab Prezident biz sizə güvənirik! - Özəl

Cənab Prezident biz sizə güvənirik! - Özəl













Ədalət naminə mənim müraciətimə obyektiv baxılmasına, hüquqlarımın bərpa olunmasına inanıram

Bərdə Rayon Prokurorluğu cinayətkarları dəstəkləyir


qaynarxett.az – ya Bərdə Ticarət Açıq Səhmdar Cəmiyyətinin üzvü Cavanşirov Elşən İsmayıl oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayət ərizəsi Respublika Prezidentinə və onun xanımı Mehriban Əliyevaya ünvanlanmışdır. Aşağıda məktubu olduğu kimi nəzərinizə çatdırırıq:

“Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Bu ərizəni sizlərə çıxılmaz vəziyyətdə olduğum üçün sizə bir daha müraciət edərək diqqətinizə çatdırmaq istəyirəm ki, mən gənc ailəyəm, iki övlad atasıyam, Yeni Azərbaycan Partiyasının üzvüyəm, Bərdə Ticarət Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmaq üçün 28.12.2003-cü il tarixdə 20.060 ədəd səhmə görə 40.120 (yeni AZN) manat sərmaye qoyaraq 18.8%-nin sahibi olmuşam. Cəmiyyətin bərabər hüquqlu səhmdarı, 18.8%-nin sahibi olmağıma baxmayaraq cəmiyyətin rəhbərliyi tərəfindən bütün hüquqlarım pozulub, hətta bu günə qədər digər səhmdarların kimi, mənədə divident verilməyib. Özləri isə qanusuz və cinayət hərəkətləri etməklə xan, bəy kefində dolanırlar. Mən isə heç bir yerdə işləmirəm, öz ailəmin üzünəbaxa bilmirəm, uşaqlarımı dolandıra bilmirəm, nə edəcəyimidə bilmirəm, ümidim yalnız sizədir.
Bildiyimiz kimi, qanunvericiliyə əsasən nizamnamə kapitalında şəxsi payı 10% və ya daha çox olan səhmdarların səhmdar cəmiyyətinin idarəçiliyində təmsil olmaq, idarə olunmasında iştirak etmək, cəmiyyət məcburi audit subyekti olduğu üçün cəmiyyətin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını təşkil etmək , tələb etmək və digər hüquqlara, səlahiyyətlərə malik olan sahibkarlarından biri kimi cəmiyyətin rəhbərlərinin, direktoru Mirzə Əhmədovun və digərləri tərəfindən səhmdarların hüququnu pozmaları, qanuna zidd əməllərlə məşğul olmaları ilə yanaşı cəmiyyəti cinayət alətinə çevirərək cinayətlərdə məşğul olmaları, törətdikləri cinayətlərin üstünün açılmasından biz səhmdarların səhmlərindən əldə olunan mənfəətin mənimsəmləməsinin aşkar olmasından, bir cinayərkar kimi ifşa olunmaqdan qorxduqları üçün əsas tələbimiz olan cəmiyyətin fəaliyyətini bizim iştirakımız ilə müstəqil audit yoxlaması tərəfindən yoxlanılmasına imkan verməmələri barədə Bərdə Rayon Prokurorluğuna dəfələrlə məlumat verərək, şikayət etməyimizə baxmayaraq Bərdə Rayon Prokurorluğu tərəfindən heç bir tədbir görülməməsi, cinayətlərə göz yummaları, cinayərkarları ifşa etmək istəməmələri barədə 02.02.20103-cü il, 18.02.2013-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verərək törədilən cinayətlərin üstünün açılması üçün hüquq mühafizə orqanlarının nəzarəti ilə Bərdə Ticarət ASC-nin fəaliyyətininin bizim iştirakımız ilə müstəqil audit yoxlaması tərəfindən yoxlanılmasına şərait yaradılması üçün müraciət etmiş və 20.02.2013-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən müraciətimizə baxılmaq üçün Bərdə Rayon Prokurorluğuna göndərildiyi 30.04.2013-cü il tarixində ərizəmiz üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma İstintaqa Nəzarət İdarəsi tərəfindən nəzarətə götürüldüyü bildirilmişdir. Lakin Bərdə rayon prokurorluğu tərəfindən cinayətlərin üstünün açılması üçün heç bir tədbir görülməməsi, sadəcə bizlərdən ifadə almaqla kifayətlənməsi, qeyri obyektiv araşdırma aparılması, sanki cinayətkarları dəstəkləmələri barədə 25.04.2013-cü il tarixdə bir daha Azərbaycan Respublikası Prokurorluğuna məlumat verərək Bərdə Rayon Prokurorluğuda ASC-nin rəhbərləri kimi müstəqil audit yoxlamasına imkan vermədikləri, prokurorluğun ASC-nin rəhbərləri ilə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui istifadə edərək bizim səhmlərimizdən əldə olunan mənfəəti, dövlət torpağını talan edərək dövlətə küllü miqdarda ziyan vurmaları və törədilən digər cinayətlərin üstünün açılmasını istəmədikləri üçün bizim iştirakımız ilə cəmiyyətin fəaliyyətinin yoxlanılmasına imkan verməmələri, yoxlamanı təmin etməmələri, Bərdə Rayon Prokurorluğunun cinayətkarları dəstəkləməsi, qeyri-obyektiv aparılmasını sübut edən faktlardan biridi. Necə olur ki, 01.04.2013-cü il tarixində rayon prokurorluğu tərəfindən qərar qəbul olunur, 22.05.2013-cü il tarixdə isə Baş Prokurorluqda İstintaqa nəzarət idarəsi tərəfindən nəzarətə götürülməsi bildirilir. ASC-nin idarə, müəssisə və təşkilatların qanunsuz hərəkətləri yoxlanılmadan aşkar olması mümkünsüz olduğu halda rayon prokuroru qeyri-qanuni qərar qəbul edir.
Çox hörmətli Cənab Prezident! Çox hörmətli Mehriban xanım! Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluqda İstintaqa nəzarət idarəsi tərəfindən aparılan araşdırmanı nəzarətə götürülsədə Bərdə prokurorluğu öz bildiyini edir, heç bir tədbir görmür. Əvvəlki aylarda olduğu kimi, süründürməçiliyə yol verir, müxtəlif bəhanələrlə araşdırma yubandırılır, cəmiyyətin rəhbərləri ilə həmfikir olmaları, onları müdafiə etmələri açıq-aydın hiss olunur. Bərdə Ticarət ASC-nin rəhbərləri olan direktorlar şurasının sədri Zaur Allahverdiyev, təftiş komissiyası icra orqanı və digərləri ilə qabaqcadan əlbir olaraq törətdikləri Azərbaycan Respublikası C.M-nin 308-ci maddəsində nəzərdə tutulan vəzifə səlahiyyətlərindən sui istifadə etmə, 309 vəzifə səlahiyyətlərini aşma, 178.1.2 aldatma ( dələduzluq etmə) 322.1 özbaşınalıq etmə və digər cinayətlərin üstünün açılmasını istəmir. Rayon Prokurorluğu və cəmiyyətin rəhbərləri yaxşı bilirlər ki, ASC-nin fəaliyyətinin yoxlanılması zamanı, cəmiyyətin idarəsində saxlanılan, cinayətləri sübut edən sənədlər aşkar olacaq və cinayətkarlar ifşa olacaq. Bu səbəbdən bizim iştirakımız ilə cəmiyyətin fəaliyyətinin müstəqil auditorlar tərəfindən yoxlanılmasına imkan vermirlər. Bundan əlavə qeyd etmək istəyirəm ki, ASC-nin rəhbərləri cəmiyyətin adından istifadə edərək yalnız cinayətlə məşğul olurlar. Azərbaycan Respublikasının C.M-nin 179.1 ; 179.2.1 ; 179.2.3 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu cinayəti Azərbaycan Respublikasının Prezidentinin dövlət əmlakının qorunub saxlanmasına və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında 586 saylı 06 iyun 2007-ci il tarixdə fərmanına zidd olaraq, cəmiyyətin istifadəsində saxlanılmış, özəlləşdirilməmiş, hal-hazırda dövlət mülkiyyətində olan 29716,0 kv.m torpaq sahəsinni, tikinti altında olan 4681,1 kv.m torpaq sahəsi istisna olmaqla qalan 25034,9 kv.m dövlətə məxsus torpaq sahəsində heç bir səlahiyyətləri olmadan öz qulluq mövqelərindən istifadə edərək tikinti işləri apararaq özünküləşdirmişlər. Qabaqcadan əlbir olaraq Bərdə şəhər Bələdiyyəsinin vəzifəli şəxsləri ilə birgə dövlət mülkiyyətində olan torpaq sahəsini mağaza tikintisi üçün bir neçə şəxsə satmışlar! Bərdə rayon prokurorluğu isə törədilən cinayətləri sübut edən dövlət mülkiyyətində olan torpaq sahəsində zəbt edərək istifadə olunmasını görmək istəmir. Bizdən cinayəti sübut edən sənəd tələb edirlər, sənədlər ASC-nin ofisində saxlanıldığını və qanun çərçivəsində bu sənədləri əldə edə biləcəyimizi bilərək dolayısı ilə bizi cinayət etməyə məcbur edirlər. Bu sənədləri əldə etmək üçün biz cinayət törədərək ofisə daxil olmalı və sənədləri oğurlamalıyıq. Bərdə rayon prokurorluğu daha hansı hiylələrlə əl atacağını bilmirəm. Mən Azərbaycan Respublikasının qanunlarına hörmət və riayət edirəm!
Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Biz sizə güvənirik! Ədalət naminə mənim müraciətimə obyektiv baxılmasına, hüquqlarımın bərpa olunmasına inanıram. Günahkarların ifşa olunması üçün Bərdə ASC-nin fəaliyyətinin bizim iştirakımız ilə müstəqil audit yoxlaması tərəfindən yoxlanılmasının təmin etməyinizə, ədalətsizliyə son qoyulmasını və həqiqətən üzə çıxmağı üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirəm!

İmza: Cavanşirov Elşən İsmayıl oğlu
şəxsiyyət vəsiqəsi seriya: № 05338610”


Araşdırmamız davam edir.