backend

“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb

“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb














Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “ASAN Məktub” təşəbbüsündə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.

ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Noyabr ayının 21-də layihənin 3 yaşına həsr edilmiş xüsusi tədbir keçirilib. Tədbirdə bu təşəbbüsə öz dəstək göstərən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.

“Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan “Bakcell” şirkəti davamlı şəkildə “ASAN Məktub” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edilib.

“Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi uşaqları sevindirmək və onların saf arzularını həyata keçirə bilmək üçün bizə daha böyük imkan yaradıb”, - deyə “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi “www.asanmektub.az” internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. “Bakcell” şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb