backend

“Qarabağ”da ciddi itki — “Sportinq”ə qarşı oynamayacaq

“Qarabağ”da ciddi itki — “Sportinq”ə qarşı oynamayacaq














Ağdamın “Qarabağ” klubunun futbolçusu İnnosent Emeqara zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun ötən gün “Sabah”la matçdan (1:1) öncə isinmə hərəkətləri zamanı zədə aldığı bildirilib. Onun zədə səbəbindən Avropa Liqasının 5-ci turunda "Sportinq"lə oyunu buraxacağı dəqiqləşib. 29 yaşlı hücumçunun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil.
Qeyd edək ki, "Qarabağ" - "Sportinq" görüşü noyabrın 29-u saat 21:55-də başlayacaq.