backend

Dekabrda parlament seçkisinin vaxtı açıqlana bilər: kim gedir, kim gəlir? - Şərh

Dekabrda parlament seçkisinin vaxtı açıqlana bilər: kim gedir, kim gəlir? - Şərh















Dekabrda yeni parlament seçkilərinin vaxtı elan edilə bilər

Bu barədə jurnalist-şərhçi Azər Rəşidoğlu yazıb. Son aylarda belə proqnozlar çox səslənməkdədir. Bəzi rəylərə görə, 2019-cu ildə deputat seçkisi ola bilər.

Məqsəd 2025-ci ildə iki seçkinin eyni vaxta təsadüf etməməsidir.Analitiklər yeni parlamentin tərkibinin fərqli olacağını gözləyir.Xüsusən son parlamentdə özünü yaxşı aparmayan, çıxışları ilə aləmi qarışdıran deputatlar növbəti seçkiyə buraxılmaya bilər.

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Elmira Axundova, Nəriman Əliyev, İqbal Məmmədov “cənub korpusundan” seçkiyə qatılmaya və yeniləri parlamentə seçilə bilər. Eyni zamanda Muğan zonasından Əliağa Hüseynov, Elçin Quliyev, Rüstəm Xəlilovun yenidən deputat olacağı istisna edilir.

Hacı Madər, Mahir Aslanov, Aytən Mustafayeva, Elşad Həsənov, Naqif Həmzəyev, Xanlar Fətiyev, Sona Əliyeva və başqaları mandat üzünə həsrət qala bilər.

Bu dəfə də Qənirə Paşayeva, Vahid Əhmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fəzail Ağamalı və digər fəallar parlamentə düşəcək.

YAP-dan isə Siyavuş Novruzovla bağlı qeyri-müəyyənlik olsa da, Aydın Mirzəzadə, Eldar İbrahimov, Bahar Muradova və başqalarını görəcəyik.

Yenilərdən İqbal Ağazadə, Rauf Arifoğlu, Azər Həsrət, Elçin Mirzəbəyli və başqaları parlament seçkilərində iştirak edə və deputat seçilə bilərlər. Hər halda istisna olunmur.

11 apreldə keçirilən növbədənkənar prezident seçkisindən sonra növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi barədə iddialar var. 2020-ci ilin noyabrında keçirilməli olan seçkilərin ya bu ilin payızında, ya da gələn il baş tutacağı bildirilir.

“Yeni Müsavat” 2016-cı ilin sentyabrında keçirilən referendumdan sonra redaksiyamıza daxil olan mötəbər mənbələrin məlumatı əsasında dəfələrlə ölkədə növbədənkənar prezident və parlament seçkilərinin olacağı barədə yazılar dərc edib.

Artıq bunlardan biri reallaşıb.İndi də redaksiyamıza yaxın zamanlarda parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumat daxil olub.

Bunu deyən mənbə bildirir ki, bu ilin sonunda qanunverici orqana seçkilər keçirilə bilər. Mövcud şəraitdə də hakimiyyətin parlament seçkilərini 2 il tezləşdirməkdə maraqlı olduğu vurğulanır.Amma əksini söyləyənlər də var.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov2019-cu ildə bələdiyyə, 2020-ci ildə parlament seçkiləri keçiriləcək: “Qarşıda bizi iki seçki kampaniyası gözləyir və partiyamız bu kampaniyalarda da öz fəallığını göstərəcək.

YAP seçkilərdə fəallıq nümayiş etdirməklə yanaşı, digər dövrlərdə də yüksək fəaliyyəti ilə seçilir. YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artır”.