backend

Osmanlıdan qalma tarixi bazar yandı — 1 milyardlıq qızıl məhv oldu

Osmanlıdan qalma tarixi bazar yandı — 1 milyardlıq qızıl məhv oldu














İraqın Kərkük şəhərində tarixi Kayseri bazarında güclü yanğın baş verib.
Osmanlılardan qalma bazardakı yanğın zamanı 67 qızıl-zinət əşyası dükanı tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində 1 milyard dollarlıq qızıl əriyib.

Rəsmilərin sözlərinə görə, əriyən qızılları xilas etməyə çalışırlar.
“67 qızıl dükanında təxminən 5 ton qızıl və digər qiymətli əşyalar var idi. Saatlarla davam edən yanğının təsirindən qızıllar yararsız hala düşüb”, - deyə açıqlamada deyilir.
Hadisə nəticəsində təxminən 200 min dollar dəyərində gümüş də əriyib.

Yanğının baş vermə səbəbi araşdırılır.