backend

Bakıda özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO

Bakıda özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO























Nazirlik məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

qaynarxett.az-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər intihara cəhd edib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

26.11.2014

Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

qaynarxett.az musavat.com-a istinadən xəbər verir ki, 24 yaşlı gəncin intihara cəhdinin səbəbi dəqiqləşdirilib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb.

Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib.

23:07

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, FHN əməkdaşlarının Şəhriyar Şahmarovla apardığı danışıqlar müsbət nəticə verib və o, körpüdən düşürülüb.

22:57

Metronun “Koroğlu” stansiyası yaxınlığında bir gənc körpüyə çıxaraq intihar edəcəyini bildirir.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar Ş. Şahmarovu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

Bakıda özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO

Bakıda özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO