backend

Amerikalı polislər 12 yaşlı oğlanı belə güllələdilər – VİDEO

Amerikalı polislər 12 yaşlı oğlanı belə güllələdilər – VİDEO






















“Bu, özünə bəraət qazandırmaq cəhdi deyil”.

ABŞ-ın Oqayo ştatının Klivlend şəhərinin polisi polislər tərəfindən 12 yaşlı oğlanın öldürülməsi səhnəsinin əks olunduğu videonu yayıb, qaynarxett.az RİA Novosti-yə istinadən xəbər verir.

Bazar günü Klivlendə uşaq meydançasında oynayarkən polislərin atəş açdığı uşaq vəfat edib.

Asayiş keşikçiləri uşağın əlində tapança ilə hədə-qorxu gəlməsi barədə xəbərdən sonra hadisə yerinə gəliblər. İki dəfə uşağa atəş açıblar, uşağın əlindəki tapança oyuncaq tapança çıxıb, bu barədə çağırış zamanı polislərə məlumat verilib.

“Bu, özünə bəraət qazandırmaq cəhdi deyil. Bu, cəmiyyətə kiminsə səhv hərəkət etdiyini göstərmək demək deyil. Cəmiyyətimizin kiçik vətəndaşı həyatını itirdi, bu, faciədir. İki zabit... sadəcə heç kimin etmək istəmədiyini etməli idilər”, - Klivlend polisinin rəhbərinin müavini Edvard Tomba brifinqdə bildirib.

Videoda oğlanın belində tapança ilə gəzməsi, skamyada oturması, tapança ilə oynaması və onu yoldan keçənlərə tuşlaması görünür.

Bir neçə saniyə sonra polis maşını gəlir və 12 yaşlı Tamir Rays güllələnir.

Bu vaxt ərzində polislər oğlandan üç dəfə “əllərini göstərməyi” istəyiblər.

Polis idarəsi Raysı güllələyən zabitlərin adını açıqlayıb. Bu, 26 yaşlı Timoti Lehmann və 46 yaşlı Frenk Qarmbekdir.

Bu, ABŞ-da polisin yeniyetməyə atəş açdığı ilk hal deyil. Başqa bir insidentin nəticəsində Ferqüsonda 18 yaşlı Maykl Braun həlak olub. Bazar ertəsi məhkəmə onu güllələyən polis Darren Uilsonu cinayət məsuliyyətindən azad edib. Bu qərarın nəticəsi olaraq ABŞ-da etiraz aksiyaları başlayıb.