backend

Tiflisdə mitinq başladı: Həbslərin sayı artdı

Tiflisdə mitinq başladı: Həbslərin sayı artdı














Gürcüstanda müxalifətin genişmiqyaslı etiraz aksiyası start götürüb.
Aksiyanın başlanması ilə Rustaveli prospektində hərəkət dayanıb. Etirazçılar təcili növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. Aksiyaya müxalifətdəki bir sıra partiyaların liderləri də qatılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə “Alyans” otelində həbs edilənlərlə bağlı açıqlama yayıb. Nazir həbs edilənlərin sayının yeddi nəfər olduğunu bildirib. Onların qanunsuz silah əldə etmək və saxlamaqda ittiham edildiyi vurğulanıb. (Axar.az)