backend

Müavini də Xızının icra başçısının nə zaman ali təhsil aldığını bilmir - Faktlar...

Müavini də Xızının icra başçısının nə zaman ali təhsil aldığını bilmir - Faktlar...















Xızının icra hakimi Xəzər Aslanovun ali təhsili olmaması gündəmdə ciddi müzakirə obyektinə çevrilib. KİV-lər bu biabırçılıqdan yazır.

Cahan.info-nun xəbərinə görə, X.Aslanov barəsində yazılanları saymazyana qarşılayıb. Guya mətbuatın dedikləri vecinə deyil.

Onun müavini Arzu Əzizov A24.az-a bildirib ki, X.Aslanov Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisasını bitirib: “Neçənci illərdə tələbə olduğunu bilmirəm.

Sıradan bir icra nümayəndəsi və digər vəzifəli şəxsin ali təhsilinin olması vacibdirsə, icra başçısının ali təhsilli olmasının vacibliyinə söz ola bilməz. Bunu bilməyə cüzi dünyagörüşü lazımdır”.

Göründüyü kimi, A.Əzizov X.Aslanovu müdafiə etmək istəsə də, özünü çətinə salıb. Başçı müavini etiraf edib ki, X.Aslanovun nə vaxt tələbə olduğunu, neçənci illərdə ali təhsil aldığını bilmir.

Çünki Xızıya rəhbərlik edən məmurun ali məktəbdə oxuduğu haqda məlumat yoxdur, diplomu ortaya qoyulmayıb. İddialara görə, onun karyera yüksəlişində nazir Kəmaləddin Heydərovun rolu olub.

Bunu təsdiqləyən faktor 2003-2005-ci illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi işləməsidir. Bu şirkətin sahibi deputat Rüfət Quliyev olsa da, arxasındakı gücün nazir olduğu bildirilir.

Onun qardaşı Rövşən Aslanov isə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnikdir. Bu detallar Aslanovların hara bağlı olduğunu göstərir.

Xızı İcra Hakimiyyətinə məxsus olan www. khizi-ih.gov.az saytında Xəzər Aslanovla bağlı bir sıra məlumatlar olsa da, onun harada təhsil alması barədə heç bir bilgi yoxdur.

Vikipedik məlumatlara da nəzər salanda əvvəl fəhlə, sonra məhkəmə katibi, ”“İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, “Fədai” kooperativinin sədri, Aslan R.Q” k/m-da kommersiya direktoru, “ER-COMPANY LTD”-də mütəxəssis işlədiyi qeyd olunub.

Sonra Daxili İşlər Nazirliyində əməliyyatçı, “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi çalışıb.

Onun icra strukturlarında karyerası Göygöldən başlayıb. Bu rayonun başçı müavini, sonra I müavini olub. Ardınca Yardımlının başçısı, ən nəhayət, Xızıda eyni vəzifəni daşıyır. Məlumatlarda onun biznesi olduğu bildirilir.

Xızının problemlərinə isə biganəlik göstərir. Xızıda isə yerli sakinlər icra başçısı Xəzər Aslanovun qazon yaradıcılığının sanki girovuna çevrilib.

Bu iddialarla bağlı RİH-nin mövqeyini dərc edə bilərik.