backend

Oyuncaqların üzərində iynələr, əlləri bağlı… – Bakıda tapılan cadu əməli (VİDEO)

Oyuncaqların üzərində iynələr, əlləri bağlı… – Bakıda tapılan cadu əməli (VİDEO)















“Bu cür əməllər var. Amma insanlar bilsin ki…”

Space Tv-də Amil Xəlilin təqdim yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar qeydə alınıb. “minval.info” xəbər verir ki, aparıcı “instagram” hesabına gələn görüntüləri araşdırıb və əşyaların tapıldığı əraziyə yollanıb. Belə ki, oyuncaqların üzərindən və ətrafından çıxan yazılar ilahiyyatçıların da marağına səbəb olub.

Görüntülərlə bağlı danışan Ağa Hacıbəyli bu cür əməllərin varlığını etiraf edib: “Cadu, əməl var. İnsanlar bu cür işlərdən uzaq durmalıdırlar. Bəzən bu cür əşyalar iynələnir və qəbiristanlığda basdırılır. Tamaşaçılar Quranın 113-114 cü sürələrini oxumaqla onlara qarşı edilən cadu, əməldən qurtula bilərlər…”

Qeyd edək ki, Amil Xəlil görüntülərin Nərimanov rayonunda qeydə alıb. “Olar? Olmaz!” verilişindən bir hissəni sizə təqdim edirik.