backend

Asif Əsgərovun dosyesi: ölüm işi, büdcə talanı, deputatdan rüşvət tələbi, yaşıl genosid və - Təfsilat

Asif Əsgərovun dosyesi: ölüm işi, büdcə talanı, deputatdan rüşvət tələbi, yaşıl genosid və - Təfsilat














Nəsimi icra başçısı Asif Əsgərovun büdcə talanı və prezidentə yalanlarının üstü açılmaqdadır

Cahan.info-nun xəbərinə görə, Nəsimi RİH başçısının tender əməliyyatları faş olub.

Bu haqda reportyor.info tərəfindən aparılan araşdırma zamanı böyük saxtakarlığın üstü açılıb. Belə ki, ötən il Bakının Nəsimi rayonunda binaların əsaslı təmir işlərinin satınalınması üçün “C.C-Təmir Tikinti” MMC-yə 1 milyon, 789 min 700 manat ayrılıb.

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bu şirkətə ayrılan vəsait barədə Vergilər İdarəsinin rəsmi saytında məlumat yerləşdirilib. Saytın araşdırması zamanı şirkətin rəhbəri Əlnağı Əliyev Pösük oğlu göstərilir.

Kommersiya qurumunun yerləşdiyi ünvan isə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsi, ev 8, mənzil 20 göstərilir. Araşdırmanın ən mühüm nəticəsi budur ki, sözügedən ünvanda “C.C-Təmir Tikinti” MMC adlı şirkət fəaliyyət göstərmir. M.Abışov küçəsi, ev 8, mənzil 20-də ailə yaşadığı, heç vaxt şirkətin ofisi olmadığı üzə çıxıb.

Bu adda şirkətin fəaliyyət göstərib-göstərmədiyi də müəmmalı olaraq qalır. Çünki şirkətin nə əlaqə nömrəsi var, nə bundan başqa tenderlərdə iştirak etməsi haqda məlumatlara rast gəlmək olur.

Belədə, A.Əsgərovun büdcə talanı barədə şübhələrə yol açılır və prezidentə, dövlətə qarşı saxtakarlığa yol verdiyi aydınlaşır. Çünki belə bir şirkət yoxdur, ünvanı bəlli deyil.

Cahan.info-nun merdiaya istinadla xəbərinə görə, Asif Əsgərov oğlunun avtoqəzada adam öldürməsi, deputat Adil Əliyevdən 30 min rüşvət istəməsi, yaşıllıqların məhvi ilə gündəmə gəlmiş icra başçısıdır. Onu bitirən bu məlumatlar vəzifədən gedişini sürətləndirir.

Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır.

Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıb.

Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu.

Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi.

2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi.

«Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu.

Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı.Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi.

Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü.

Onun binaların həyətlərini satması, yaşıllıqları qırdırması, səkiləri peşkəş eləməsi azmış kimi, deputat Adil Əliyevdən rüşvət istədiyi iddiası da mediada ciddi rezonans doğurdu.

“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

Deputat Adil Əliyev özünün Salatın Əsgərova 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib.

İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərib.Salatın Əsgərova küçəsi isə əsasən Nəsimi rayonunun ərazisidir.

Qarşı tərəfin mövqeyini geniş şəkildə işıqlandırmağa hazırıq.