backend

İlham Əliyev məşhur futbolçu ilə görüşdü — FOTO

İlham Əliyev məşhur futbolçu ilə görüşdü — FOTO














Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşüb.
Görüş Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”də baş tutub. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

Qeyd edək ki, Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.