backend

Bakıda satılan çörəklər avtomobilin baqajında daşınır – FOTO

Bakıda satılan çörəklər avtomobilin baqajında daşınır – FOTO













Bakı şəhər Biləcəri qəsəbəsində yaşayan sakinlərdən biri burada satılan çörəklərin antisanitariya şəraitində daşınması barədə şikayət edib

Publika.az-a müraciət edən şikayətçi Biləcəridə “Dəmiryol” çörəyi adı ilə satışa çıxarılan çörəyin “Tofaş” markalı minik avtomobilinin yük yerində - antisanitariya şəraitində daşındığını bildirib. Qeyd edilib ki, bəzən satışdakı çörəklərdən avtomobil yanacağının qoxusu gəlir və bu da düzgün qablaşdırılmamanın və daşınma qaydalarının pozulmasını göstərir.