backend

Ermənilərin yeni HƏYASIZLIĞI: "Azərbaycan Avropa oyunlarına erməni narını simvol seçib”

Ermənilərin yeni HƏYASIZLIĞI: "Azərbaycan Avropa oyunlarına erməni narını simvol seçib”


























Rəsmi Bakının 2015-ci ildə paytaxtımızda keçiriləcək I Avropa Oyunlarının simvolu kimi ceyran və narı təqdim etməsi erməniləri yeni həyasızlığa əl atmağa məcbur edib. Paxıl qonşular bu dəfə də nara sahiblənmək xülyasına düşüblər

Ermənistan mətbuatı iddia edib ki, Azərbaycanın Avropa oyunlarına simvol kimi seçdiyi nar guya, erməni narıdır.

Qeyd edək ki, nara ermənilər “nur” deyirlər, bu sözdəki “a” hərfini “u” ilə əvəz edərək, onu özəlləşdiriblər.
Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.
Nar Azərbaycan folklorunda birliyi tərənnüm edən taclı meyvədir. Heç bir tarixi mənbədə narın vətəni Erməistan kimi göstərilmir. Əksinə, narın tarixən Azərbaycanda becildiyinə dair saysız-hesabsız məlumatlar mövcuddur.