backend

Qonşu ölkədə mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib — FOTO

Qonşu ölkədə mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib — FOTO















Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.

Report bildirir ki, bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.

L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.

D.Şerazadişvili sakrebulo sədri Tamaz Jorjoliani ilə birgə bu gün L.İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Bolnisi rayon bələdiyyəsi L.İsmayılovanın ailəsinin vəziyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib.

Qonşu ölkədə mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib — FOTOQonşu ölkədə mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib — FOTO