backend

Ronaldodan iddialı açıqlama: “Messi İtaliyaya gəlsin”

Ronaldodan iddialı açıqlama: “Messi İtaliyaya gəlsin”














“Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilin yekunu ilə bağlı İtaliyanın nüfuzlu idman nəşrlərinə müsahibə verib.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu “La Gazzetta dello Sport”, “Corriere dello Sport” və “Tuttosport”a geniş müsahibəsində iddialı açıqlamaları ilə diqqət çəkib.

O, gələn il – 34 yaşında belə dünyanın ən güclü oyunçusu olmaq üçün mübarizə aparacağını deyib.

Dünyanın ən güclü oyunçusuna verilən “Qızıl top” mükafatı barədə

– Hesab edirəm ki, mənim hər il bu mükafatı qazanmağa haqqım çatır. Çünki ilin oyunçusu olmaq üçün çox çalışıram. Amma başqası qazansa, bununla dünya dağılmayacaq. Qərara hörmətlə yanaşır və Modriçi təbrik edirəm. O, mükafata layiq idi. Amma görəcəksiniz, gələn il biz “Qızıl top” uğrunda yenə yarışacağıq. Və mən əlimdən gələn hər şeyi edəcəyəm ki, yenidən dünyanın ən yaxşı oyunçusu olum.

Messi barədə

– Mən klub səviyyəsində Portuqaliya, İngiltərə, İspaniyada oynamışam, indi isə İtaliyada oynayıram. Messi isə ancaq İspaniyada çıxış edib. Ondan ötrü darıxırammı? Yox! Bəlkə də, o mənim üçün daha çox darıxır, nəinki mən onun üçün. İstərdim ki, Messi də mənim kimi çağırışı qəbul edib, İtaliyaya gəlsin. Amma əgər o, indi olduğu yerdə xoşbəxtdirsə, qərarına hörmətlə yanaşıram. Messi böyük futbolçu və əla insandır”.

Xatırladaq ki, həm Ronaldo, həm də Messi karyerası ərzində beş dəfə “Qızıl top” mükafatını qazanıb.