backend

“DaimOnline” kampaniyası daha iki universitetdə - Foto

“DaimOnline” kampaniyası daha iki universitetdə - Foto















Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan “Bakcell” şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini gənc istifadəçilərə tanıtmaq məqsədilə daha iki universitetin tələbələri üçün maraqlı aksiya təşkil edib.

Aksiya çərçivəsində “Bakcell” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “Green Box”, “İnsta Print”, “Feysbuk Frame” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı və şən tədbirlərində iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, ötən ay bu aksiya Azərbaycan Tibb Universitetinin tələbələri üçün də keçirilmişdir.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, “Bakcell” şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz Votsap, Feysbuk və İnstaqram istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz Votsap, Feysbuk və İnstaqram imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, “Bakcell” gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.

“Bakcell” şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi İnstaqram və Feysbuk səhifələrinə daxil olun.

“DaimOnline” kampaniyası daha iki universitetdə - Foto