backend

“Gözəllik salonları”: gözəllik, yoxsa xəstəlik mənbəyi?

“Gözəllik salonları”: gözəllik, yoxsa xəstəlik mənbəyi?





















Azərbaycanda fəaliyyət göstərən gözəllik salonları bizə həm də xəstəlik verə bilər. Bəli, inanmaq nə qədər çətin olsa da, vəziyyət belədir ki, belə xidmət mərkəzlərində sanitariya qaydalarına riayət olunmaması QİÇS, Hepatet C kimi xəstəliklərin yayılmasında əsl vasitəçi rolunu oynayır.

Standartlar nə deyir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 oktyabr 2013cü ildə “Məişət xidmətləri. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” adlı dövlət standartları təsdiqlənib. Sənədə əsasən, bərbərxana xidmətləri 3 cür təsnif olunur: ən azı bir xidmət göstərən adi bərbərxanalar, ən azı 2 xidmət göstərən bərbərxana salonları və 3 və daha çox xidmət göstərən “Lüks” gözəllik salonları.
Mövcud standartlara görə, “Lüks” gözəllik salonları xidmət göstərməklə yanaşı, kosmetik və parfümeriya materiallarının satışını da həyata keçirə bilər. Digər iki bərbərxana xidməti həyata keçirən sahibkarlar üçün bu hüquq tanınmır. Bu standartların tətbiqində məqsəd gözəllik salonlarında xidmətlərinin təşkilinə dair tələbləri müyyənləşdirməkdir. Sənəddə bu sahibkarlıq növü çərçivəsində müştərilərə aşağıdakı xidmətlərin göstərilməsi qeyd olunur:

saç kəsilməsi,
üzün qırxılması
dərinin təmizlənməsi
dərinin massaj edilməsi
manikür və pedikür
pariklərin qoyulması.


Standartlara görə, sahibkarlar bu fəaliyyəti həm stasionar qaydada, yəni bilavasitə özlərinə məxsus xüsusi təşkil olunmuş binalarda, ya da səyyar – yəni müştərilərin sifarişləri əsasında onların təklif etdiyi yerlərdə göstərilə bilər. Sənəddə həmçinin gözəllik salonu biznesilə məşğul olan sahibkarlar üçün təhlükəsizlik və ekoloji tələblər də müəyyən edilib. Məsələn, təhlükəsizlik tələblərinə görə, gözəllik salonlarında vaxtı ötmüş materillardan, sertifikatsız avadanlıqlardan istifadə qadağandır. Yaxud qüvvədə olan ekoloji standartlara əsasən, gözəllik salonları normativlərə uyğun isitmə və havalandırma sisteminə malik olmalı, su və kanalizasiya şəbəkəsinə qoşulmalıdır.
Gözəllik salonları sahibləri ilə söhbətlər onu deməyə əsas verir ki, bu sahədə əsas 2 problem var: 1. Sahibkarlar və xidmət göstərən şəxslər standartlar barədə məlumatsızdırlar; 2. Sterilizə və dezinfeksiya normalarına tam əməl olunması həddindən artıq baha başa gədir və bu halda salon xeyli ziyana düşür. Söhbət apardığımız sahibklarlar qeyd edir ki, dizenfeksiya üçün alətlər, mikrobları öldürən lampalar, mayelər kifayət qədər bahalıdır. Həmçinin dezinfeksiya vasitələrinin özünün də istifadə müddəti var.
Gözəllik salonlarınının xidmətlərindən teztez istifadə edənlər biqudilər, örtüklər və saçların kimyəvi burulması üçün torlar sabunlu suda yuyulmalıdır. Daraqların, şotkaların, saç kəsmək üçün nəzərdə tutulmuş qayçıların da sabunlu su ilə təmizlənməsi, bir neçə saat ultrabənövşəyi şüa buraxan qutuda saxlanılması vacibdir. Kosmetik alətlər sabunlu su ilə yuyulmalı və həmin qutuda saxlanılmalıdır. Elektrodlar, fizioterapiya avadanlıqları və alətləri spirtlə təmizlənməlidir. Dərini zədələyə biləcək manipulyasiya alətləri (manikür, pedikür, üzün təmizlənməsi və digər kosmetik xidmətlərin göstərilməsində istifadə olunan alətlər) dezinfeksiya olunmalı, sterilizı edilməli və bu, hər müştəri ilə işdən sonra təkrarlanmalıdır. Yəni onlar suya qoyulmalı, axar su ilə yuyulmalı və sterilizı edilməlidir. Ən yaxşısı, birdəfəlik alətlərdən istifadədir. Amma onlar uzunmüddətli alətlər qədər keyfiyyətli olmur.