backend

TOVUZ MEŞƏLƏRİNİN GÖRÜNƏN GÖZƏLLİKLƏRİ VƏ GÖRÜNMƏYƏN SİRRLƏRİ

TOVUZ MEŞƏLƏRİNİN GÖRÜNƏN GÖZƏLLİKLƏRİ VƏ GÖRÜNMƏYƏN SİRRLƏRİ

Ətraf aləmi təbiət olmadan təsəvvür etmək mümkün deyil. Danılmaz faktdır ki, bitkilərin insan həyatında rolu əvəzedilməzdir. Çünki insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrinin yer üzündəki tarazlığını yaşıl bitkilər təmin edir. Ən əsası isə meşələr və meşə zolaqları . Təbiətin qayğısına qalmaq öz qayğımıza qalmağa bərabərdir. Nəticədə təbiət bizim bu günkü və gələcək sağlamlığımızın təminatçısıdır. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradır.

Ölkəmizin meşələri əhəmiyyətinə görə əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı faydalı funksiyalar daşıyır. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir. Dövlətin həyata keçirdiyi yaşıllaşdırma aksiyaları, yaşıllaşdırma proqramları ictimaiyyətin maraqlarına söykənir. Məlumdur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda yaşıllaşdırma işi də mühüm bir vəzifə kimi önə çəkilib. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır

Təəssüflər olsun ki, dövlətin meşələrin qorunması sahəsində gördüyü işlərə dırnaqarası baxılır, məsul vəzifəli şəxslər meşələri əsl gəlir mənbəyinə çevirirlər. Tovuz rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti də bu baxımdan heç ürəkaçan deyil.
Meşələrdən nadir növ ağacların belə kəsilməsi adi hala çevrilib. Tovuz meşələrində misli görünməmiş “meşə vandalizmi” prosesi gedir.
Tovuz meşələrinin daha da dözülməz, qara günləri əsasən qış aylarında başlayır. Rayonun bir sıra kəndlərində təbii qazın olmaması əhalini yanacaq məqsədi ilə meşələri talamağa vadar edir və nə yazıq ki, çox vaxt bu talançılığın başında elə meşə keşikçiləri özləri olur. Tovuz rayonunda meşəsalma adı ilə nə qədər vəsaitlər mənimsənilir. Rayonda redaksiyamızın əməkdaşlarının əldə etdiyi məlumatlara görə idarənin müdiri Məmməd Tağıyev sabiq nazir Hüseynqulu Bağırovun yaxın dostlarından birinin vasitəsi ilə bu vəzifəyə gəlmiş, qısa müddət ərzində sabiq nazirin “etimadını” qazanmaqla yanaşı, özü və yaxın qohumları üçün yaxşı şərait yarada bilmişdir. İndi isə verilən məlumatlara görə Məmməd Tağıyev yeni nazır Muxtar Babayevə yaxın şəxslərlə əlaqəyə girib vəzifəsini davam etdirmək üçün dəridən,qabıqdan çıxır.

Məlum oldqu kimi qarmaqvari şama ancaq Tovuz rayonunun ərazisində, Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, rast gəlinir və Böyük Qafqazda nadir ağaclardan hesab edilir. Zəyəmçay və Əsrikçayları hövzələrində nadir rast gəlinən bu qarmaqvari şam ağaclarının artıq kökü kəsilməkdədir. Belə ki, bu ağaclar qiymətli ağac növlərindən biri olduğundan evlərdə, müxtəlif mebellərin hazırlanmasında istifadə edildiyi üçün baha qiymətə satılır. Ağaclar elə Mamməd Tağıyevin qohumlarına məxsus taxta, şalban sexlərində hazırlanır,gecələr isə lazımi yerlərə çatdırılır. Məlumat verən şəxsin sözlərinə görə idarənin müdiri Məmməıd Tağıyev qazancı tək bununla kifayətlənmir. Məlumat üçün bildirmək istərdik ki,rəsmi məlumatlara görə son illər təkcə Tovuz rayonu ərazisində 100 hektarlarla yeni meşəliklərin salınıb. Lakin araşdırılarsa bu məlumatın nə dərəcədə doğru olduğu görsənər. Belə ki meşələrin salınması üçün tinglərin alınmasına və yaxud da yetişdirilməsinə külli miqdarda vəsaitlər xərclənir. Bu vəsaitlər tinglər alınan zaman sənədlərdə əsl qiymətindən qat-qat baha göstərilir, lakin qəpik -quruş xərc çəkilir. Vəsaitin çox hissəsi isə təbii ki, idarənin müdirinə çatır. Yetişdirilmiş tinglərə gəldikdə isə burada on minlərlə tinglər yetişdirildiyi halda çox az miqdarda tinglər rəsmləşdirilir ki, qalan tinglər bu dəfə fərdi şəxslərə baha qiymətlərə satılır. Bunlar Tovuz rayonunda görsənən, göz oxşayan meşələrin gözəlliklərinin görünməyən tərəfləri, xırda sirrləridir.

Bir sözlə bizim Məmməd Tağıyevin gəlirlərini hesablamaq fikrimiz yoxdu.Sadəcə Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin diqqətinə çatdırmaq istəyirik ki, bu gəlirlər min bir əziyyət bahasına deyil,dövlət vəsaitini məqsədyönlü şəkildə istifadə edilməməsi nəticəsində əldə olunur. Odur ki,Məmməd Tağıyevin dosyesinə baxmaq istəyəndə bunları da nəzərə alsın Hələ yazmdığımız bir çox məsələlər var ki araşdırılmasına ehtiyac duyuruq. Bizi izləyin.

Aktualinfo.org