backend

ŞAMAXININ GÖYLƏRİNDƏ TALAN: BƏLƏDİYYƏ SƏDRİ TORPAQLARI SATIB, 360 MİN YEYİB VƏ...

ŞAMAXININ GÖYLƏRİNDƏ TALAN: BƏLƏDİYYƏ SƏDRİ TORPAQLARI SATIB, 360 MİN YEYİB VƏ...

Şamaxının Göylər kəndində 12 min əhali var.

Kənddə hər bir infrastruktur qurulub. Sakinlər tibb məntəqəsi, məktəb, asfalt yol, kommunal şəraitə görə minnətdardır.

Lakin Göylərin kənd icra nümayəndəsi və bələdiyyə sədri qəhətə çıxıb.

Bu barədə YAP-çı, idman ustası və sahibkar Salahov Toğrul Saleh oğlu yazıb.

Prezident İlham Əliyevə və Şamaxı icra başçısı Tahir Məmmədova üz tutan YAP-çı iş adamı narazılığını çatdırıb:

“Nə kənd icra nümayyəndəsi, nə bələdiyyə sədri Göylərlə maraqlanır. Kəndin problemi olanda icra nümayyəndəsinə deyirik, otədbir görmür. Çünki başı biznesə qarışıb.

Gah tikinti materialları dükanında olur, gah Çöl Göylərdə arı təssərrüfatı ilə məşğuldur. Heç kənd icra nümayəndəliyinin möhürü də özündə olmur.

Möhür mühasib Elşən Bəşirovdadır. Bu adam iki ildirki, kəndin icra nümayəndəsidir, əlini ağdan qaraya vurmayıb”.

Müraciətdə bələdiyyə sədri Nəbi Nəbiyevin 9 ildirbu vəzifəni daşıdığı qeyd olunub.

Bu 9 il ərzində kənd üçün heç bir iş görməyib.Kəndə məxsus əkin torpaqlarını saxta sənədlərlə yurd və obyekt yeri kimi satıb. Kəndə qaz çəkilən zaman sovet vaxtından qalan qaz borularını satıb.

Kəndə imkanlı adamlar yol çəkdirirsə, rəsmi hesabata yazaraq öz adına çıxarır, pul silir. Küçəlampalarının pulunuödəmirki, büdcədə vəsait yoxdur.

Onun sözlərinə görə, boş yer qalmayıb, 9 ildə hamısını satıb. Özüdə dövlətə vergi ödəmədən satıb,saxtakarlıqla aqro islahat adını qoyub.

Burada yurdu 4000-5000-dən aşağı satmırlar. 9 ildə 360000 manat edir.

Kəndimizdən yığılan vergidə ilə 15 000-20000 manat olur. Bunuda 9 il ərzində hesablayanda 135000 manat edir.

Kənd bələdiyyəsi hesabat versin ki, bu qədər puldan kənd üçün nə edib...Kəndin bulaqlarının və küçələrinin təmirə ehtiyacı var. Küçə işıqları borcdan kəsilib.

Mətbuatda gedən yazılara görə, Şamaxının keçmiş başçısı Ağayev və I müavin Qasım Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir.

Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər.

Şamaxıya yeni icra başçısı təyin olunan Tahir Məmmədovdan sonra nəzərlər 1-ci müavin Qasım Qasımova yönəlib. Sabiq başçı Asif Ağayevin dövründə “meydan sulayan” Q.Qasımovun taleyinin necə olacağı sual altındadır.

A.Ağayevin Beyləqan icra başçısı kimi onu yanına gətirəcəkmi, Şamaxının yeni icra başçısı onunla işləyəcəkmi, bu sualların cavabları qeyri-müəyyəndir.

Lakin bilinən odur ki, Q.Qasımovun adı müxtəlif yeyintilərdə, qalmaqallı işlərdə hallanıb və T.Məmmədovun onu yanında saxlayacağı inandırıcı görünmür. Rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında durur.

Tərəfləri dinləməyə hazırıq.

Cahan.info