backend

NAZİR DYP RƏİSİNİN OTAĞINDA DÖYÜLMƏSİNDƏN XƏBƏRDARDIRMI?

NAZİR DYP RƏİSİNİN OTAĞINDA DÖYÜLMƏSİNDƏN XƏBƏRDARDIRMI?

Şirvan şəhər DYP bölməsinin rəisi Afət Mirzəyevi iş otağında döyən “Rövşən” şadlıq evinin sahibi İbrahim adlı biznesmen azadlığa çıxıb. AzEuroNews.com-un Şirvandan əldə etdiyi məlumata görə, polis rəisini döyən biznesmen cəmi bir gün Şirvan şəhər Polis Şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Azadığa çıxmaq İbrahimə 15 min manata başa gəlib” – deyə aldığımız məlumatda deyilir. İş otağında hücuma məruz qalaraq döyülən DYP rəisi Afət Mirzəyev İbrahimdən şikayət etsə də, bu ikincinin yalnız bir gün polis şöbəsində qalması ilə nəticələnib.

Adının çəkilməsini istəməyən Şirvan sakinin sözlərinə görə, İbrahimin DYP rəisi Afət Mirzəyevi döyüb xəsarət yetirməsinə qanunla Şirvan şəhər Prokurorluğunda cinayət işi açılmalı idi və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilməli idi: “Lakin İbrahim barəsində Şirvan polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Ona görə ki, iş ya xitam olunsun ya da məhkəməyə göndərilsin, cərimə ilə İbrahim cəzadan azad olunsun. DYP rəisi Afət Mirzəyevə çox nüfuzlu və imkanlı adamlar İbrahimi bağışlamasına görə xahiş ediblər. Hamısınında xahişi yerə düşüb. Ona görə İbrahim Afət Mirzəyevə qarşı hücuma keçib. İbrahim su kanal birliyinin müdiri Azad və Hamletin adından Afət Mirzəyevi evinin suyunu kəsdirməklə hədələyir. Hətta İbrahim daxili işlər naziri Ramil Usubovla yaxın münasibətinin olması və Afət Mirzəyevi işdən azad etdirəcəyi ilə hədələyir. Yəqin ki, nazir Ramil Usubov Şirvanda baş verənlərdən məlumatsızdır”.

Məlumat üçün qeyd edək ki, ötən gün Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyevin kabinetində insident yaşanıb. Azeuronews.com-un xəbərinə görə, şəhərin “Rövşən” şadlıq evinin sahibi İbrahim DYP rəisinin otağına hücum çəkərək, onunla mübahisə edib. Tərəflərin mübahisəsi böyüyüb və restoran sahibi DYP rəisini yumruqlayıb.

Azeuronews.com hadisənin təfərrüatlarını öyrənib. Şirvandan saytımıza məlumat verən hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri bildirib ki, buna səbəb ötən gün A.Mirzəyevin İbrahimə avtomobilini qadağan olunmuş yerdə saxladığını irad tutması olub. Bu söz onun xoşuna gəlməyib və DYP rəisi ilə küçədə mübahisə edib. Amma əsəbləri soyumayan iş adamı axşam saatlarında DYP rəisinin kabinetinə hücum edib və onu vurub.

İddialara görə, İbrahim həmin an hirsli və içkili olub. Hadisədən sonra onun saxlandıldığı bildirilir. Deyilir ki, restoran sahibi ilə DYP rəisinin əvvəldən dostluq əlaqələri olub. Lakin bu münasibətlər Ukraynanın Truskavets şəhərində düşmənçiliyə çevrilib. Onların arasında şəxsi zəmində mübahisə olub və Şirvana qədər bu konflikt davam edib.