backend

8 ərəb ölkəsində əhali ayağa qalxdı – Vəziyyət kritik həddə

8 ərəb ölkəsində əhali ayağa qalxdı – Vəziyyət kritik həddə

Ərəb ölkələrinin “demokratiya və azadlıq” sloqanları ilə “bəzənmiş” keçələri bu dəfə “iqtisadi vəziyyət və sosial həyat şərtləri”nə qarşı edilən aksiyalara şahid olur.

BakuPost xəbər verir ki, 8 ərəb ölkəsində Fransadakı “sarı jiletlilər”dən ilham alan xalq gedişata qarşı çıxıb.
Mitinqlər Sudan, Tunis, Mərakeş, Liviya, Livan, İraq, İordaniya və Əlcəzairdə başlayıb. Sudan mitinqlərin ən kəskin olduğu yerdir. Paytaxtda başlayan aksiyalar 18 vilayətdən 14-ünə keçib.

Adıçəkilən digər ərəb ölkələrində də vəziyyət ürəkaçan deyil. Vətəndaşlar iqtisadi duruma etiraz olaraq banklardakı əmanətlərini geri götürüb, dollara çevirib. Banklar bunun nəğd pul dövriyyəsinə mənfi təsir edib. Banklar 10 dollardan çox pul satmamağa başlayıb.