backend

Azərbaycanda heyvan tövləsindən betər uşaq internat evinin görüntüləri - FOTOLAR

Azərbaycanda heyvan tövləsindən betər uşaq internat evinin görüntüləri - FOTOLAR

27 dekabr 2018-ci il tarixində BDU-nun Jurnalistika fakultəsinin bir qrup tələbəsi Buzovna qəsəbəsində yerləşən “Gindes” uşaq internat evindəki kimsəsiz uşaqları ziyarət edib. Tələbələr bu uşaqları müxtəlif şirniyatlarla, hədiyyələrlə, geyim əşyalarıyla, oyuncaqlarla, musiqilərlə onları sevindirməyə çalışıblar.

Lakin internat evindəki vəziyyət tələbələrin diqqətindən də yayınmayıb. Sözügedən fakultənin 2-ci kurs tələbəsi Lalə Nizam öz “Facebook” səhifəsində internat evindəki vəziyyəti əks etdirən foto və video görüntülərini yayıb.

Məlumatda qeyd olunur ki, internatda antisanitar vəziyyət hökm sürür: “Uşaqların normal və sağlam yaşaması üçün demək olar ki, heç bir şərait yoxdur. Yataq otaqlarındakı pəncərələr sınıq, divarlar isə çat vermiş və tökülmüş haldadır. Uşaqların çarpayıları üzlüksüz və çirkab içindədir. Mətbəx demək olar ki, yoxdur, qab-qacaqlar, stəkanlar və digər məişət əşyaları sözün əsl mənasında çirkab içindədir. Hamam və ayaqyolu isə sözlə ifadə edə bilməyəcəyim bir haldadır. Ətrafı bürüyən antisanitar vəziyyət, otaqlardan, ayaqyolundan və həmçinin uşaqların geyimlərindən gələn pis qoxular sözün əsl mənasında xəstəlik saçır”.

Uşaqlara yeterincə qulluq,qayğı, diqqət göstərilmir, əksinə “müəllimə” adlandırdığımız dırnaqarası baxıcıların uşaqlarla sərt və etikadan kənar davranışlarının açıq şahidi olmaq olur. Bundan əlavə internat evinin həyətində loru dildə desək “Bayquş ulayır”. Uşaqların oynaması, əylənməsi üçün heç bir şərait yoxdur.

Bir sözlə gələcəyimiz təhlükədədir. Bir insan olaraq, gələcəyin jurnalisti olaraq və ən əsası da Azərbaycan Respublikasının vətəndaşı olaraq aidiyyatı qurumlardan bu vəziyyətə biganə qalmamaqlarını xahiş edirəm. Çünki uşaqlar bizim gələcəyimizdir. Mən gələcəyimizin sual altında qalmağını istəmirəm. Xahiş edirəm bu vəziyyətə biganə qalmayaq və bacardığımız qədər bu məlumatı paylaşaq…”

Azərbaycanda heyvan tövləsindən betər uşaq internat evinin görüntüləri - FOTOLAR
Azərbaycanda heyvan tövləsindən betər uşaq internat evinin görüntüləri - FOTOLAR
Azərbaycanda heyvan tövləsindən betər uşaq internat evinin görüntüləri - FOTOLAR