backend

Ağstafanın "Lenin"i

Ağstafanın "Lenin"i















Azərbaycanın adı mütəmadi olaraq beynəlxalq təşkilatların hesabatlarına düşür

Həmin hesabatlarda adətən birabırçı məsələ və yerlərə sahib olan ölkəmizin adının hallandığı əsas məsələ isə korrupsiyadır. Məhz bu bəlanın sayəsində dəfələrlə Azərbaycan dəfələrlər beynəlxalq təşkilatların qınağına və tənqidinə tuş gəlib. Vəziyyətin bu sahədə ağır olduğu əsas ağırlıq mərkəzləri isə rayonlar hesab olunur.
Ağstafadan gələn xəbərlərə görə, 1993-cü ildən bu yana rayonun oliqarxları sayılan Ramiz Tatarov və Şaiq Bayramov xüsusi ad çıxarıblar. Camaatın etdiyi narazılıqlara baxmayaraq, kimsə onlara söz deyə bilmir. Edilən şikayətlərin də heş bir faydası olmur. Rayondan verilən məlumata görə, bu adamları Ağstafanın "Lenin”i adlandırırlar.
Həmin şəxslərin bir neçə "əməliyyatından” bəhs edən mənbə yazır ki, Kolayır kəndində yerləşən böyük su paylayıcı stansiyasından rayonun bütün kəndlərinə gedən 330 mm-lik su borularını və rayon mərkəzindən 70 km aralıda Sadıqlı kəndinə gedən 530 mm-lik qoşa qaz kəmərlərini çıxartdırıb satdırıblar. "Ramiz Tatarovun turba "brokoniyeri” kimi tanınan bacısı oğlu Balakişinin "komandası” Qravi çay hövzəsindən Ceyrançöl ərazisinə çəkilmiş Tovuz Su Təchizatı İdarəsinə məxsus 47,9 km 620 mm-lik, o cümlədən 377 mm-lik su kəmərlərini buldozerlə çıxartdırıb satdırdılar və məsuliyyətdən kənarda qaldılar”.
Mənbə bildirir ki, 2009-2010-cu illərdə Ağstafada aparılan abadlıq işlərini sabiq icra başçısı, hazırda Statistika İdarəsinin rəisi Cümşüd Musayev Ramiz Tatarov və Şaiq Bayramova tapşırmaqla, 2,5 mln. manat dövlət əmlakının talanmasına şərait yaradıb. "30 ildir rayonu talayan rayon təşkilatlarına haqq qoyub, onlardan rüşvət tələb edən bu şəxslərə qarşı tədbir görülmür, əksinə onların rayon əhalisinə zülm etməsinə şərait yaradılır. "Təcrübəli Tatarov, Bayramov tendemi” elə bir həddə gəlib çatıb ki, onlar hazırki icra başçısı Məhərrəm Quliyevi də saya salmır. Biri Məhərrəm Quliyevi döydü, digəri onu rayon mərkəzində əhalinin gözü qarşısında qapısını mismarla da biləcəyi ilə hədələdi. İndi onların rayonda daş karxanaları, mebel mağazaları, tikinti materialları mağazaları, restoranları, kafe və çayxanaları, mal-qara fermaları, un dəyirmanı, 300 hektarlarla torpaq sahələri var. Biri YAP-da məsul şəxsə, digəri deputat adamına arxalanır. Görünən odur ki, Ağstafanın "Lenin”ləri heç kimi saymır. Aparılan korrupsiya tədbirləri də onlara aid deyil. Korrupsiyaya qarşı mübarizənin də kimlərə qarşı aparılması da buradan bəlli olur. Rayonda aparılan abadlıq işlərini bu şəxslər öz qazancları daxilində həyata keçiriblər. Ramiz Tatarov, Şaiq Bayramov rayonun deputatlarını həmişə tərəflərinə çəkib, onlara rüşvət təklif etməklə mafyoz hərəkətlərini bu gün də davam etdirməkdədirlər”.
Mənbə iddia edir ki, davamlı kef məclisləri quran Ramiz Tatarov oğluna saxta diplom almaq üzrədir. "TQDK-nın xətti ilə 53 bal toplayan oğlu qəbuldan kənarda qalsa da, sonradan İqtisad Universitetinin Dağıstan filialına qəbul olub. Sonra Bakıya "perevod” edilib”. Ağstafa şəhər və kənd bələdiyyə sədrləri kimlər olacaqsa, onlar indidən məlumdur. "Çünki Ağstafanın "Lenin”ləri Ramiz Tatarov və Şaiq Bayramov rüşvəti əvvəlcədən alaraq, gələcək bələdiyyə sədrlərini indidən təyin ediblər. Məlumatlara görə, Ağstafanın kəndlərində hazırki bələdiyyə sədrlərini təkrar "seçmək” istəyirlər. Bunu rayonda hamı bilir”.