Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi3 yan 2019 - 18:52548 Abşeron rayonunda qadın evində qətlə yetirilib. Hadisə rayonun Hökməli qəsəbəsi, Təzəkənd kəndi ərazisində baş verib.Həmin kənddə yaşayan, 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzəkişi qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən tapılıb.Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./Trend/