backend

Mikayıl Cabbarovun qohumlarının Samuxda təhsil hegemonluğu

Mikayıl Cabbarovun qohumlarının Samuxda təhsil hegemonluğu
















Nazirin ögey bibisinin Samux Rayon "İnstitut" qəsəbə tam orta məktəbində söz sahibi olduğu deyilir

Samux Rayon "İnstitut" qəsəbəsi tam orta məktəbiylə bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, məktəbin direktoru Gülsəba Abbasova öz qızı Gülşən Saməddin qızı Məmmədovaya Bakıda yaşadığı halda adına dərs saatı yazaraq maaş verir. Həmin məktəbin keçmiş müəlliməsi, təhsil naziri Mikayıl Cabbarovun ögey bibisi də vaxtilə həmin məktəbdə dərs deyib, amma o indi estafeti qızlarına verməyə nail olub. Belə ki, bu gün də nazirin bibisinin həmin məktəbdə söz sahibi olduğu deyilir və onun qızlarından biri- Sübhiyə Zeynallı Gəncə Dövlət Universitetində laborant işləsə də Samuxda adına 22 saat dərs yazılaraq maaş verilir. Digər qızı Fərəh Zeynallı da magistraturanın əyani şöbəsində oxusa da onun da adı həmin məktəbdə müəllimə kimi gedir və maaş alır.
Məktəbdə 23 sinif otağı var, amma məktəbin 46 sinfi var və dərslər iki növbə ilə keçirilir. Samuxda yoxlama olanda sinif otaqlarındakı stolların üstünə şahmat taxtası qoyaraq oranın şahmat sinfi kimi göstərsələr də yoxlama getdikdən sonra şahmat taxtası yığışdırılaraq dərslər keçirilir. Bildirilir ki, keçən ilki 11-ci sinifdə Huseynzadə Isa Vüqar oğluna Türkiyədə ola-ola həmin mətəbin səhadətnaməsini veriblər. Rüsvayçılıq bununla da bitmir. Mənbəmiz daha sonra yazır: "Hal-hazırda bu ilki 11-A sinifində iki uşaq var, ancaq onlar dərsə gəlmir, müəllimələrə dərs saatı yazılır. 9-A sinifində üç uşaq var, onlar da dərsə gəlmir, müəllimələr həmin saatları müəllimlər otağında oturub maaşlarını alırlar. Hər iki sinif rus sektorudur.
Təhsil Şöbəsinin müdiri Gülağa Huseynov, müavini isə Faiq müəllimdi, bu ilin 15 sentyabrında yeni dərs ilinin açılışı olanda təhsil nazirinin bibisi, məktəbin direktoru və təhsil şöbəsinin müdir müavini Faiq müəllim hər üçü bir yerdə oturub məktəbin həyətində şagirdləri qarşılayıblar. Dəfələrlə məktəbdə baş verən pozuntularla bağlı nazirliyə şikayət edilsə də bəlli səbəblərdən tədbir görülmür.
Birinci növbənin sagirdlərinə dərslərdən sonra fakultetiv məşğələlər keçirilməlidir, ikinci növbədə oxuyan uşaqlara isə dərsdən qabaq fakultetiv dərnəklər keçirilməlidir, sinif otaqları olmadığından nə səhər, nə günorta oxuyan şagirdlərə fakultə dərnəklərinin heç biri keçilmir. Müəllimlərə fakultə üzrə dərs saatı yazılır, həmin pullar direktorla bölünür."