backend

Səfər Mehdiyev monopolistlərə necə xidmət edir? - DETALLAR

Səfər Mehdiyev monopolistlərə necə xidmət edir? - DETALLAR

Hələ ötən şərhimdə bildirmişdim ki, Dövlət Gömrük Komitəsi monopoliya ilə nəinki mübarizə aparmır, əksinə, monopolistlərin xidmətində durub. Bu gün kimitə sədri Səfər Mehdiyev özü də fərqinə varmadan bunu etiraf edib.

Cənab Mehdiyev deyir ki, “daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb, İranda artaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir”.

Cənab Mehdiyev etiraf edir ki, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan «Baku Steel Company»nin qorunmasına yönəlib: “Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi. Oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb”.

Əvvəla, ondan başlayaq ki, gömrük xidmətinin belə qərar vermək səlahiyyəti yoxdur – qərarı Nazirlər Kabineti verməlidir. Ancaq NK ölü qurum olduğundan Gömrük Komitəsi onun bəzi səlahiyyətlərini mənimsəyib.

İkincisi, baş gömrükçü özüdə bilmədən etiraf edir ki, qiymətlə bağlı qərarı komitə yox, ölkənin yeganə (???) armatur istehsalçısı olan «Baku Steel Company»nin rəhbərliyi verib, gömrük xidməti də dinməz-söyləməz icra edib. Hökumətin tərkibinə daxil olan və prezidentin təyin etdiyi bir məmurun monopolistin qarşısında belə miskin duruma düşməsi ən azı təəssüf doğurur. Ola bilər ki, S.Mhdiyev durumundan məmnundur, ancaq kənardan çox eybəcər görünür.

Üçüncüsü, gömrük rəhbərliyi deyə bilər ki, daxili bazaraın qorunması bütün dünyayada var və iqtisdi nəzəriyyədə Proteksionizm (himayədarlıq) siyasəti kimi əksini tapıb. Ancaq daxili bazarın qorunması ilə monopolistə ayı xidməti ayrı-ayrı məsələlərdir.

Dördüncü, yaranmış situasiyaya görə, təkcə gömrük xidmətini yox, bütövlükdə, hökuməti ittiham etmək lazımdır. Çünki xeyli vaxtdır «Baku Steel Company» “Yukos tipli hücümlarla” əlvan metal bazarında zorla monopolist mövqeyə sahiblənib. (Putinin hakimiyyətinin ilk illərində YUKOS şirkətinin rəhbəri Mixail Xodorkovskini həbs edib əmlakını əlindən aldılar, bu fakt postsovet məkanında arzuolunmaz presidentə səbəb oldu və o vaxtdan Qərb mətbuatında belə əmlak talanlarına “YUKOS tipli hücumlar” tərifi verildi). Əlvan metal sənayesinə yüz milyonlar yatırmış Züfüqarlı qardaşlarının zavodları qapadıldı, özləri ölkədən faktiki sürgün edildi. Əlvan metal bazarının 20-ə yaxın kişik oyunçusu isə faktiki olaraq silah gücünə bazardan çıxarıldı (bu barədə KİV-də gedən xəbərlər təkzib olunmadı). Beləliklə, əlvan metal bazarı zor gücünə «Baku Steel Company» şirkətinin 100 faizlik monopoliyasına keçdi. İndi də bazarda qiymətləri diktə edir, gömrük xidməti isə onun diktəsinin rəsmiləşdirməklə məşğuldur. Azərbaycanın biznes mühitinin iç üzü elə budur – bütün dövlət qrurumları monopolistin xidmətində olur. Ancaq arada çıxıb “şəffaflıq”, “rəqabət” və s. nağıllar danışırlar.
Qadir İBRAHİMLİ \\istiqlal.az\\