“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

100

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu


İki cümlədə 25 səhv buraxılması, ana dilimizə qarşı hörmətsizlik, tərbiyəsizlik və nadanlıqdır…

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili haqqında bir çox qanunlar qəbul olunub, fərmanlar imzalanıb. 1 noyabr 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb. Sərəncam, Azərbaycan dilinin saflığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsinə xidmət edir.

Cənab Prezidentin bu Sərəncamından sonra Azərbaycan dilinin saflığının qorunması ilə bağlı dəfələrlə ictimai müzakirə təşkil edilib, sayılıb-seçilən ziyalılarımızın iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

Ancaq görünür, “Azercell Telekom” MMC adlanan mobil operatorun korporativ ünsiyyət bölməsinə cavabdeh olan şəxslər – başda departamentin rəhbəri Nigar Şıxlinskaya olmaqla – nə Azərbaycanın dövlət dilinə, nə bu barədə mövcud qanunlara, nə Prezidentin fərman və sərəncamlarına, nə də ziyalıların çağırışlarına əhəmiyyət verirlər. Yoxsa, “Azercell” abonentləri şirkət tərəfindən Azərbaycanın dövlət dilinə və əlifbasına bu cür biabırçı şəkildə sayğısızlıq nümayiş etdirən mesajlar almazdılar:

“Hormetli Abuneci, Xahis edirik ki, faktura borcunuzu odeyesiniz. Eks halda nomreniz ikiterefli baglanacaq ve borclariniz mehkeme qaydasinda teleb olunacaq.”

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

Təsəvvür edirsinizmi, bu iki cümlədə, təxminən, 25 səhv var… İki cümlədə 25 səhv buraxaraq Azərbaycan dilinin, sözün əsl mənasında, “anasını ağladan” “Azercell”, əlbəttə, o qədər kasıb şirkət deyil ki, Azərbaycan dilinin saflığını kiçik bir mesajda qorumaq üçün müvafiq tətbiq yarada bilməsin. Odur ki, bu SMS-in müştərilərinə göndərilməsinin ancaq bir adı var: Azərbaycanın dövlət dilinə qarşı açıq hörmətsizlik, ictimai tərbiyəsizlik və nadanlıq!

“Azercell”in dövlət dilimizə qarşı bu nadan və rəzil davranışına etirazını bildirən millət vəkili Fəzail İbrahimli, “Dövlət dili haqqında” qanunlar və Prezidentin sərəncamları müqabilində “Azercell”in bu əməlini sərt tənqid edib:

Deputat: “Bu şirkət hamını boğaza yığıb”

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

“Bu mobil operator hamımızı boğaza yığıb. Gün ərzində 10 dəfə mesaj yollayırlar, balansdan pul oğurlayırlar. Buna baxmayaraq, dövlət dilinə qarşı da hörmətsizlik edirlər. Bunun səbəbi, “Azercell” işçilərinin Azərbaycan dilini bilməməsidir. Onlar işçi götürəndə əsasən, ingilis və rus dili bilənlərə üstünlük verirlər. Azərbaycan dili onları maraqlandırmır. Təbii ki, dil bilmək yaxşıdır, amma gərək əvvəlcə öz dilini biləsən”.

Sabir Rüstəmxanlı: “Məhkəməyə çəkilməlidirlər!”

Bu sözləri isə Azərbaycanın Xalq şairi, Prezident İlham Əliyevin başçılıq etdiyi Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, belə hallara tez-tez rast gəlir:

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

“Buna səbəb isə bu mesajların peşəkarların əlindən çıxmamasıdır. İnsanlara və mətbuata göndərilən belə məlumatların düzgünlüyünə fikir vermək lazımdır. Belə səhvlərə görə, istənilən vətəndaş, dövlət dilinə hörmətsizlik etdiyi üçün “Azercell”i məhkəməyə verə bilər”.

Xalq yazıçısı: “Təəssübkeş deyillər”

“Bu şirkət hamını boğaza yığıb” – “Azercell”in dövlət dilini təhqir etməsi hiddət doğurdu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Mövlud Süleymanlı məsələ ilə bağlı fikini belə ifadə etdi:

“Bu məsələlərdə ancaq təəssübkeşlik lazımdır. Belə görünür ki, “Azercell”in rəhbərləri, müvafiq kadrları ana dilimizin təəssübkeşi deyillər”.