backend

Salyan “voenkom”-u xəstə uşağı “komsovat” etmək üçün 3000 man istəyir – İTTİHAM

Salyan “voenkom”-u xəstə uşağı “komsovat” etmək üçün 3000 man istəyir – İTTİHAM

Son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı da dövrü mətbuatda məqalələrin ardı-arası kəsilmir. Belə bir “bezpredel” vəziyyətin əmələ gəlməsinə səbəb olan amillərdən ən əsası, vəzifə sahibi olan bir çox şəxslərin şəxsi maraqlarının təminatı yöndə lazımi addımlar atılmalıdır.

Bu xüsusda Salyan rayonu, Taleh Bağırzadə küçəsi ev-50 ünvanda yaşamış “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan Tağıyev Nuramin Rza oğlunun valideyinləri xezerpress.az saytına müraciət edib.

Həmin müraciətlərində qeyd edir ki, “övladımız Nuramin Tağıyev 10 may 2000-ci il tarixdə anadan olub və onun sağ ayağının alt hissəsi anadangəlmə düzdür. Həkim müayinəsi zamanı ayağındakı problemlə bağlı ona 2 (qeyri-kafi), gözündəki problemlə bağlı 3 (kafi), ürəyindəki yırtıqla bağlı isə 3 (kafi) qeydiyyatı yazdılar. Övladımızdakı belə bir problemlərin varlığına və rəhbərliyin, hərbi həkim komissiyası üzvlərinin əmələ gələnlərlə bağlı ətraflı xəbərdar olmalarına baxmayaraq, Nuramini bu ilin 4 iyul günü SHXÇDX, Salyan rayon idarəsindən həqiqi hərbi xidmətə göndərdilər.

Bildirək ki, bu qurumun rəhbəri övladımızı “komsovat” etmək üçün, ilk əvvəl bizdən 3 (üç) min manat “haqq-hesab” istədilər. Maddi imkansızlıq ucbatından həmin məbləği düzəldib onlara verə bilmədik, o halda Nuramini hərbi xidmətə “yararlıdır” adı altında göndərdilər. Artıq həmin vaxtdan iki aydan bir qədər çox vaxt keçib. Elə ki, “N” saylı hərbi hissədə xidmətdə olan övladımızın görüşünə gedirik, o, daim ayağındakı, gözündəki və ürəyindəki problemlərindən şikayətlənir”.

Əfsuslar olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət hələdə höküm sürməkdədir. Bu səbəbdən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbərliyi idarə və şöbələrində ciddi islahatlar aparmalıdı. Həqiqətəndə buna ehtiyac var…