backend

Gözüyaşlı anadan nazirə ürəkparçalayan müraciət – VİDEO

Gözüyaşlı anadan nazirə ürəkparçalayan müraciət – VİDEO

“Mən oğlumun işi ilə bağlı ədalətli istintaq istəyirəm. Həmin qəzada 4 nəfər ölüb. Hər birinin yaxınlarından bir daha üzr istəyirik, başsağlığı veririk. Hamı bilir ki, həmin qəza oğlumun idarə etdiyi yük maşınının təkərinin partlaması üzündən baş verib. İstintaq israrlı tələbimizdən sonra maşının təkərini oktyabrda ekspertizaya göndərdi. Yazdılar ki, maşının təkəri bardürə dəyib və partlayıb. əslində isə bu yalandır. Bunu hamı bilir axı. Bütün günahı oğlumun üstünə yuıxırlar. Prezidentdən, vitse-prezidentdən, daxili işlər naziri Ramil Usubovdan kömək istəyirəm” – Laçın qaçqını, 87 yaşlı Məhluqə Məmmədova belə deyir.

AzEuroNews.com xəbər verir ki, onun oğlu Allahverdi Məmmədovun idarə etdiyi “Howo” markalı yük maşını 2018-ci ilin iyulunda Yevlax dairəsinin yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra məlum olub ki, yük maşının qabaq sol təkəri partlayıb, saatda 55-lə hərəkətdə olan yük maşını qarşı yola çıxıb. Həmin yolda hərəkətdə olan “Mercedes Sprinter” mikroavtobusunun sürücüsü tormozlamaq əvəzinə manevr edib təhlükədən sovuşmağa cəhd göstərib. Nəticədə “Mercedes Sprinter” arxa sol hissəsi “Howo”ya çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

87 yaşlı Məhlüqə Məmmədova Laçından olan vəzifə sahiblərinə də müraciət edərək oğlunun düşdüyü çətin durumda ona yardımçı olmağa çağırıb. Qeyd edək ki, Allahverdi Məmmədov hadisədən sonra həbs olunaraq Gəncə İstintaq Təcridxanasına göndərilib.

Yaxını Təbriz Quliyev deyir ki, məskunlaşdıqları Quşçuluq massivində Allahverdi Məmmədovu hər kəs nümunəvi ailə başçısı kimi tanıyır: “Allahverdi 4 övlad atasıdır, Laçın qaçqınıdır. Bu hadisə hər kəsin başına gələ bilərdi. 45 dərəcə istidə o böyüklükdə, ağırlıqda maşının ön sol təkəri partlayıb. Allahverdinin yerində, sükan arxasında kim olsaydı, maşını dərhal saxlaya bilməzdi. Maşın qəza zamanı saatda 55-lə hərəkətdə olub. Bunu GPS-in istintaqa təqdim olunmuş çıxarışı da təsdiqləyir. Yəni yük maşını yox, minik avtomobilini də belə bir qəza zamanı – yəni qabaq təkərin partlaması zamanı idarə etmək demək olar ki, mümkün olmur. Allahverdi ilə həbsə alınandan sonra görüşmüşdük. Dedi ki, qəzadan sonra ölən adamlarla bağlı fikirdən, hər iki qolunun ağrısından yata bilmir. Çünki qəza zamanı o var gücü ilə sükanı nəzarətdə saxlamağa çalışıb. Amma buna müvəffəq olmayıb. Bu tərəfdən də istintaqı obyektiv aparmırlar, bütün günahı Allahverdinin üzərinə yıxırlar. Halbuki digər nəqliyyat vasitəsinin sürücüsü tormoz əyləcindən istifadə belə etməyib. Mümkün idi ki, o, nəqliyyat vasitəsini əyləyə bilərdi. İstintaq bu məqamın üzərindən keçir və bütün günahı Allahverdinin üstünə yıxırlar. Maşının təkərini 5 aydır ki, avtotexniki ekspertizaya da göndərmirlər. Göndərsələr qəzanın əsl səbəbi üzə çıxacaq, bilinəcək ki, qəza məhz təkərin partlaması üzündən baş verib”.

Təbriz Quliyev bildirib ki, hadisədən xəbərdar olanlar məsələ ilə bağlı ölkə başçısına kütləvi müraciət etmək niyyətindədirlər: “Prezidentdən, vitse-prezidentdən kömək istyəmək niyyətindəyik. İnanırıq ki, bundan sonra işə obyektiv baxılar.