backend

Əhmədzadənin Böyükkişi Cümşüdovla korrupsiya sirri…

Əhmədzadənin Böyükkişi Cümşüdovla korrupsiya sirri…

Tərtərçay Hidroqovşağı İstismarı İdarəsimüdiri Böyükkişi Cümşüdov uzun müddətdir ki, müqavilə əsasında fəaliyyət göstərir.

Cahan.info-nun əldə etdiyi məlumata görə, onun yaş senzi ilə əlaqədar vəzifəsindən azad olunmasının vaxtı çatsa da, ”Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə Böyükkişi Cümşüdova xüsusi münasibətini gizlətmir.

Cümşüdovun fərasətli məmur olması görünür Əhmədzadəni çox qane edir və bu səbəbdən müqavilə əsasında işini davam etdirir.

Bu fərasətlilik isə sözügedən sahədə yaxşı maxinasiya bacarığı olmasından irəli gəlir. Cümşüdovun yeyintilərdə mahir olduğu deyilir. Odur ki, Əhmədzadə onun yerinə başqa kadr təyin olunmasına tələsmir.

Çünki diqqətdən kənarda qalan Tərtərçay Hidroqovşağı İstismarı İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi, texnikaya ayrılan pulların silinməsi su içmək kimi asan işdir.

Bu işlərin öhdəsindən gəlməyi bacaran və illərdir ki, Əhmədzadəni razı salan Böyükkişi Cümşüdov özü də bu müddət ərzində Tərtərdə çox varlı adama çevrilib.

Onun fermaları, obyektləri, bahalı avtomobillər həvəskarı olması, paytaxtda mülklərinin olması yerli camaata məlumdur.

Azfakt.com yazıb ki, Böyükağa Cümşüdovun Tərtər camaatına suyu pulla satması onu karxana, ferma və bahalı maşın sahibi edib.

Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb. İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur.

Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər.

Hidroqovşağın xidmət etdiyi rayonlara Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi daxildir.

Hidroqovşağa daxildir: Sərsəng Su anbarı-həcmi: 600 ml.m3 Madagiz Su anbarı-həcmi: 6 ml.m3 Sağ sahil M.K.-uzunluğu: 70,2 km Sol sahil M.K.-uzunluğu: 22,4 km. Hidrotexniki qurğuların sayı isə 433 ədəddir.

Ştatda olan işçilərin sayı 344 nəfərdir ki, onlardan 180 nəfəri dondurulmuş əmək haqqı alır. İdarənin balans dəyəri isə 28.758.584 AZN təşkil edir.

Bildirilir ki, Böyükkişi Cümşüdovun işdə yol verdiyi qanun pozuntuları yuxarıda adları çəkilən rayonlarda suvarma suyu ilə bağlı ciddi problemlərin əmələ gəlməsinə səbəb olub:

“Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər.

İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. Başqa sözlə desək, Böyükkişi müəllim həmin texnikaları iş adamlarına aylıq icarəyə verib.

Dövlət tərəfindən Tərtərdə və hidroqovşağa tabe olan rayonlarda suvarma suyu probleminin həllini tapması üçün mühüm tədbirlər həyata keçirilir.

Amma idarə rəisi əkin sahələrinin sahiblərinə əlavə problemlər yaratmaqdan çəkinmir. İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır.

Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.

Neçə illərdir bu idarəyə rəhbərlik edən Böyükkişi Cümşüdov maliyyə imkanlarını məhz Tərtər çayının suyundan çıxardığı pullarla yaxşılaşdırıb.

Fermerlər susuzluqdan əziyyət çəkdiyi halda, idarə rəisi biznesini genişləndirmək barədə fikirləşir.