backend

23 saylı MKİS-in ərazisindəki bina belə qəzalı vəziyyətə SALINIR - Video

23 saylı MKİS-in ərazisindəki bina belə qəzalı vəziyyətə SALINIR - Video

Sovet vaxtı “xruşşofka” adlanan fransız layihəli binalarda ən ucuz mənzillər 1-ci və 5-ci mərtəbə sayılırdı.
Müstəqillikdən sonra özəl iaşə və ticarət obyektləri açıldıqca əsasən yol kənarındakı birinci mərtəbələrin qiyməti xeyli artdı. Hətta zirzəmilər də qiymətə mindi.
Bir tərəfdən yaxşı idi. İllərlə su ilə dolu, antisanitar vəziyyətdə olan zirzəmilər təmizləndi.
Diğər tərəfdən binanın konstruksiyasının dəyişməsi onun qəzalı hala gəlməsinə də səbəb olurdu.
Bu prosesdə ən çox icra strukturları və xüsusən “jek”lər yaxşı pul qazandı. Hələ qazanmağa da davam edir.
Bax elə götürək 20 yanvar dairəsi. Əhalinin gur yeri olduğundan metro ətrafındakı binaların zirzəmiləri, birinci mərtəbələri zəbt olunub. Avtoyuma, çayxana əlindən əhali dincələ bilmir.
Azerinfo.tv-yə məlumat verildi ki, həmən ərazidə daha bir binanın özülü qazılır, gizlincə zirzəmisi təmizlənərək torpağı yük avtomobili ilə daşınır.
Hadisənin baş verdiyi ünvana- Moskva prospekti ,45 saylı binanın arxa tərəfində şıdırğı iş gedirdi.
Yaxınlaşıb bu işlərə kimin icazə verdiyini soruşduq. Dedilər ki, 23 saylı MKİS. Elə həmin qazılan bina ilə düz üzbəüzdə yerləşən MKİS-ə yollandıq.
23 saylı MKİS-in rəisi Yasin Əliquliyev bildirdi ki, zirzəmini həmin “padval”ın üstündəki mənzilin sahibəsi təmizlətdirir. Guya nəmişliyə görə.:” Öz zirzəmisidi təmizlədir ki,nəmişlik olmasın. Day orda sonradan obyekt yaradacaq ya yox bilinmir. Ona icazə almalıdır”.
Rəis Əliquliyev hələ bilmir ki, həmin qadının birinci mərtəbədə mənzilinin olması hələ zirzəmiyə iddialı olması anlamına gəlmir.
Əgər Nəsimi Rayon İH-nin işçiləri savadsızdırlarsa qanunun onlara xatırladaq. Zirezəmi bütün binaya aiddir. Gəlin qanunu oxuyaq:

“Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi, eləcə də mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. “
23 saylı MKİS rəisinin anoloji işləri haqda ətraflı məlumat verəcəyik.
Hələliksə tikinti eksperti Elnur Fərzəliyevin bu cür işlər haqda rəyini oxuyaq:
“"Yolkənarı binaların birinci mərtəbələrindəki yaşayış evlərini qeyri-yaşayış obyektlərinə çevirmək üçün ciddi konstruksiya dəyişikliyi olunması, yəni yük daşıyıcı ana divarların sökülərək qapı və vitrinlərin açılması müddəti başa çatmış binaları daha da qəzalı vəziyyətə salır. Bəzi binalardakı əlavə artırmalar da binaların yüklənməsinə və tarazlığının pozulmasına gətirib çıxarır. Bu cür problemlər ömrünü başa vurmuş köhnə binalarda zəlzələ olmadan belə hər an hansısa bir fəlakətin ola biləcəyindən xəbər verir”

Bizi izləyin.