backend

BAKIDA MÜXALİFƏTİN MİTİNQİ BAŞLAYIB – Yenilənir/FOTO

BAKIDA MÜXALİFƏTİN MİTİNQİ BAŞLAYIB – Yenilənir/FOTO

Bakıda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının mitinqi başlayıb. “AzPolitika.info”nun məlumatına görə, aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Aksiyanı Müsavat Partiyasının, Real partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb. Real partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib, çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub. “Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, - mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.

Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və bu dəqiqələrdə çıxış edir. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.

Aksiyanın əsas şüarı siyasi məhbuslara azadlıq tələbidir.

Hazırda aksiya davam edir. Məlumata görə, mitinq başladıqdan bir qədər sonra ərazidə internetə giriş dayandırılıb.