backend

Aslan Aslanov "dönərxanalara" gəlir mənbəyi kimi baxır

Aslan Aslanov "dönərxanalara" gəlir mənbəyi kimi baxır
















Bakıda hər “dönərxana”dan ayda 150 manat haqq alınır

Azərbaycanda bəzi dövlət qurumlarının vətəndaşları süründürməçiliyə salması, onlardan pul tələb etməsi, fəaliyyətinə süni əngəllər yaratması ilə bağlı müzakirələr dəfələrlə gündəmə gəlsə də, hələ də bu sahədə vəziyyət olduğu kimi qalır.
Sahibkarların fəaliyyətinə maneələr yaradıldığı, onların hüquqlarının kobud sürətdə pozulduğu qurumlar arasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xüsusi yer tutur.
Belə ki, quşçuluq, fermer təsərrüfatı ilə məşğul olan sahibkarlar mütləq bu qurumu “görməlidir”.
Dövlət Baytarlıq Xidmətində və onun yerli idarələrində baytarlıq sertifikatlarının pulla verilməsi ilə yanaşı kiçik müəssisələrdə də sahibkardan “haqq alınır”.
Daxil olan şikayət məktubunda da Bakı baş Baytarlıq İdarəsinin fəaliyyətindən narazılıq edilir.
Akif adlı şikayətçi bildirir ki, Bakıda kiçik bir ərazidə “dönərxana” açmaq üçün Bakı baş Baytarlıq İdarəsinə müraciət edib. İdarədən müvafiq fəaliyyət üçün sertifikat almalı olan şikayətçiyə açıq şəkildə bildirilib ki, hər ay 150 manat ödəniş etməlidir: “Deyəndə ki, mən burada icarə haqqı verim, işçi saxlayım, yoxsa sizə verim, imkan yaradın ki, obyekt işlək vəziyyətə gəlsin, sonra ödəniş edərəm, məni topa tutdular. İdarənin əməkdaşı üzü-üzümə “Sən hay “dönərxana” işlətdin ha” deyərək, məni otağından qovdu. Məndə məcbur qalıb, fikrimdən daşındım. Hazırda heç yerdə işləmirəm, böyük bir ailə saxlayıram. Nəyə görə, qazancımı onlara verməliyəm, olmazmı ki, elə uşaqlarıma yedirim”.
Xatırladaq ki, bu Bakı Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı ilk belə şikayət deyil. İndiyə qədər dəfələrlə mətbuatda buna oxşar şikayətlər dərc edilsə də, vəziyyət olduğu kimi qalır.
Nəzərə alsaq ki, bu gün Bakıda hər tində bir “dönərxana” fəaliyyət göstərir, o zaman Bakı Baytarlıq İdarəsinin rəhbərliyi daxil olan qeyri-rəsmi ödənişləri hesablamaq üçün yəqin ki, “pulsayan maşından” istifadə edir.