"Bəyaz"ın sədri, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: Əbülfəz Elçibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.

5

"Bəyaz"ın sədri, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: Əbülfəz Elçibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.

Elşad Baratın “7-lik” layihəsi çərçivəsində “Bəyaz” hərəkatının sədri Hürrü Əliyevlə müsahibəsini təqdim edir.

Birinci ondan başlayaq ki, “Bəyaz” hərəkatının vəziyyəti hal-hazırda nə yerdədir? Qarşıda nələr gözlənilir?

Bəyaz hərəkatı mart ayında təşkilat komitəsi tərəfindən təsis olunub, artıq bir ilə yaxın zamandır. Davamlı olaraq müraciyyətlərimiz, çağırışlarımız, bəyanatlarımız istər metbuatda, istərsə də sosial şəbəkələrdə fikir, idea və məqsədlərimiz geniş şəkildə açıqlanır. Birinci məqsədimiz fikir və düsüncələrimizi yaymaqdır. Bununla yanaşı təskilatlanma məsələsi məqsədimiz daxilindədir. “Bəyaz” hərəkatı son altı ayda bütün milli qüvvələrə səslənib, müraciyət edib. Vahid güc ittifaqının yaranması mütləqdir. Ona görə mütləkdir ki, bizim “Bəyaz” hərəkatının yaranması kölgədə qalan milli məsələləri, milli ideologiyamızı üzə çıxarır, işıqlandırır. Bizim borcumuzdur ki, milli sistemin, çökmüş milli ruhun, milli süurun yenidən bərpa edək, o sistemi inkişaf etdirib öz hədəflərinə aparaq ve gələcək nəsillərə ötürək.

Milli ruhun, milli düşüncənin cəmiyyətdə hal-hazırda daşıyıcıları var, onlar öz yüklərini daşıya bilirlərmi?

Milli missiyanı öz üzərinə götürən tərəflər çoxdur. Bu gün istər türküçülük, istər bütöv azərbaycançılıq, istərsə də, Güney, Qarabag məsələsi bizi narahat edir. Siyası mübarizə mənzərəsi milli ideologiya sisteminin arxa planındadır. Onu iddiya etmirik ki, fealiyyətlər yoxdur, ama bu gün tələblərə uyğun inkisafı tamam fərqli olmalıdır. Milli təbliğat aparan tərəflər, məsələn, “turan” isimli təşkilatlar istər gənclər təşkilatı, istər ümumi təşkilatlar var. Biz demirik ki, yoxdur ve gəlmir. Sadəcə olaraq bu günün tələblərinə uyğun olaraq, siz də etiraf edə bilərsiz ki, ciddi bir milli təşkilat yoxdur. Biz ciddi milli təşkilat ilə yanaşı, milli ittifaq da yaratmaq istiyirik. Bizi bu cür hallar qane etmir. Qane eləsəydi, siz indi qeyd etdiyiniz tərəflər və taşkilatlar, bunu layiqli davam edib və layiqli olardılar. Bizə təskilat, qurum, partiya və ya hər hansı bir hərəkat yaratmağa ehtiyacımız olmazdı. Biz də onların yanında, ümümi şəkildə fealiyyət göstərərdik.

"Bəyaz"ın sədri, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: Əbülfəz Elçibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.
“Bəyaz” hərəkatı yaranandan sonra üzərinizə müəyən təziqlər oldu. Bu təziqlər təşkilata aid idi, yoxsa Əbülfəz Elçibəyin qardaşı oğlu olaraq sizə?

Biz hansı fikir, ideologiya və missiyaya varislik etdiyimizi ortaya açıq şəkildə qoymuşuq və qeyd etmişik ki, Əbülfəz Elçibəyin mübarizə yolunun, ideologiya sisteminin yolçuları olaraq varıq. Milli ideoloji sistemi bütöv azərbaycançılıq, turançılıq və müasir azərbaycan tarixinə gətirən Əbülfəz Elçibəy olub. Biz Əbülfəz Elçibəyə nəyə görə söykənirik? Əbülfəz Elçibəyin ideologiya sistemi buna söykənir. Onun ideologiya xəttini götürərək, ümumi milli ideologiya sistemini irəli sürürük. Bütün resusları goyublar ki, bu milli ideologiya sistemi çöksün. Biz bunu davam etdirib, daha ön tutub qabartmaq istiyəndə isə, burada təşkilat və təşkilat ideyası zərbə altında olur. Əbülfəz Elçibəyin qardaşı oğlu olaraq yox, sadəcə, bu gün bu ideologiya ilə başqa bir təşkilat yaradıb inkişaf elətdirmək istəsək, onada da zərbələr və təziqlər olacaq. Bu bizim bayaq da dediyimiz kimi, güclü bir sistem ilə qarşılaşmağımızdır. Bu sistem russ və fars şovinizimdir. Tarix boyu, yüz illərdi ki, bu xalqa, bu torpağa qarşı çıxan, bu vətəni əzməkdə və işğal etməkdə davam edən bir sistemlə qarşı-qarşıyayıq. Əbülfəz Elcibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.

Adama elə gəlir ki, “Bəyaz” hərəkatı kağız üzərində hərəkət edir.
"Bəyaz"ın sədri, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: Əbülfəz Elçibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.
Kağız üzərində demək olmaz. Əgər bir təşkilat milli düşüncəni ortaya qoyub, yola davam etmək istiyirsə, öncə bu fikirləri, ideyani cəmiyyətdə inkişaf eləməsinə nail olmalıdır. Cəmiyyət baxmalıdır ki, sən burda nə istiyirsən, bu ideyanı hansı əsaslarla qoyursan. Bu ideyaları hansı əsaslarla davam edəcəksən. Cəmiyyət təskilatı zaman-zaman qəbul elədikdən sonra, artıq hədəf müəyyənləşir. Ümümi götürəndə, mənim üçün bu kağız üzərində deyil, siz kağız üzərində qəbul edirsiz. Ümumiyətlə, bu gün cəmiyyətdə milli düşüncənin formalaşması gedir.


Məsələn, mən yaşayıram ucqar bir rayonun kəndində, müəllim iştiyirəm. Mən özümü həm vətənpərvər, həm milli düşüncəli insan hesab edirəm. Bəyaz hərəkatı həmin ucqar kəndlərə qədər gedib çıxa bilir? Mənə öz əlini uzada bilirmi? Əli çatırmı?

Bu real bir məsələdir ki, Azərbaycanın ucqar kəndlərindən bələ, bizə müraciyyətlər gəlir. Hətta sizin bu qeyd etdiyiniz məsələdə də insanlar fikirləşir ki, ucqar kəndlərdə insaların ideologiyadan xəbərləri yoxdur. Bu tamami ilə elə deyil. Ucqar kəndlərdə insanlar daha ürək açıqlığı ilə bizə yanaşırlar və eyni zamanda da başqa birlikləri, təşkilatları izləyirlər. Bu gün biz artıq o mərhələdəyik ki, hər adam özünə yaxın olan ideyaya, fikirə əl uzadıb qoşula bilər. Biz doğru istiqaməti, ideyanı, fikirlərimizi öz fealiyyətimizdə göstərməliyik ki, insarlar bunu hiss edib qəbul etsinlər.

Türkiyədə “Ağ partiya” var, sizdə də “Bəyaz” hərəkat. Nəsə bir əlaqəniz varmı?
"Bəyaz"ın sədri, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev: Əbülfəz Elçibəy bu sistemə dirəniş göstərdi, Azərbaycana müstəqillik qazandırdı.
“Ağ” partiya ilə bizim təşkilat nə adda, nə fikirdə heç bir oxşarlıq təşkil etmir. Öncə onu qeyd edim ki, biz Elçibəy Əbülfəz yolunun xəttinə söykənmişik. Əbülfəz Elçibəyin Azərbaycan yolunda arzularında güc alırıq. İsmimizin birinci izahı “Bəy-az”, bəyin arzuladığı Azərbaycan yolunda. Bu birinci izah idi, ikinci isə ondan ibarətdir ki, bəyazlıq, paklıq mütləqdir. Tanrıya, turana doğru gedən bir simvoldur.

Turan” adında xeyli mətbu orqanlar var. Bəziləri camaatı aldadıb pul da alır. Bu ad altında xeyli xoşagəlməz addımlar atılır. Bu məsələlərə niyə səssiz qalırsız?

Bizdə dəqiq məlumatlar var, hətta təşkilatların adları da, onlara rəhbərlik edən tərəflər də bəllidir. Bu gün o dönəmdir ki, milli şuur tək Azərbaycanda yox, ümumi türk dünyasında var və son iki ildə bu nöqtəyə gəlməmişdi. Bunu türkçülüyə, turançılığa və bütöv azərbaycançılığa qarşı, öncə qeyd etdiyim şovinist güclər edir, o ad altında bir çox təşkilatlar, birlik yaradırlar. Bunu bilərəkdən, düşünülmüş şəkildə aparırlar. Bu cür təşkilatlar, sosial xəbər portalları, internet TV-lər də var. Bu yalnız bir yola, nöqtəyə qədərdir. Biz milli düşüncəni aşılayan milli güc təşkilatı orataya qoymalıyıq ki, bu kimi xarici oyunlar olmasın.


Keçən ilin axırlarında bəzi təşkilatlara müraciət ünvanlamışdınız, bir nəticə oldumu?

Bəli, Vahid Milli Güc İttifaqi var idi. Biz müraciyyətimizi bütövlükdə ünvanlamışıq. Ona nail olmuşuq ki, artq istəyimizin 50 %-ə çatmışıq.Yaxın 10 gündə tamami ilə bəlli olunacaq ki, hansı insanlar, hansı təşkilatlar, Avropada fəaliyyət göstərən, Güney təşkilatları, Türkiyədə olan azərbaycanlı təşkilatlar, turançılıq təskilatları və güclü fikir, ideyaya sahib olan insanlar iştirak etmək istiyir. Çox görüşlər, danışıqlarımız olub. Kənarda olanlar ilə sosial şəbəkə köməyi ilə bağlantılar olub. Burda olan təşkilatlarla görüşlər olub

7.5 Bu layihə çərçivəsində növbəti dəfə kimi görmək istiyərdiz? Kimdən müsahibə alaq?

Rüstəm Behrudi ilə söhbətiniz mənə maraqlı olar.

Elşad Barat

Azerbaycanrealligi.com