backend

Əli Kərimli son həbslərdən yazdı

Əli Kərimli son həbslərdən yazdı














AXCP Sədri Əli Kərimli son həbslərlə bağlı özünün Facebook səhifəsində yazı paylaşıb

?slində Asif Yusiflinin həbsinə qədər də rejimin Qarabağ qazilərinə, ermənilərlə vuruşanlara (öz aralarında bir nəfər də beləsi yoxdur) münasibətinin necə olduğunu bilirdik. Yaşı çatanlar təxminən də olsa, nə qədər Qarabağ qazisinin, veteranının ölkədən didərgin salındığını, nə qədərinin illərlə həbsxanada çürüdüldüyünü, çörəklə imtahana çəkildiyini, hətta intihara sövq edildiyini, zəruri müalicə ilə təmin olunmadığı üçün cavankən bu dünyanı tərk etdiyini bilirlər. Bu gün də Qarabağ qazisi Asif Yusifliyə qarşı anti-insani davranışları ilə, digər Qarabağ qazisi ?fqan Muxtarlıya (?fqan bəy cəbhəçi, şəhid milli qəhrəmanımız Ramiz Qəmbərovun komandiri olduğu Şuşa batalyonunda vuruşub və yaralanıb) qarşı başlatdıqları mənəvi terrorla gənc nəslə də mesaj verirlər ki, hökumətin Qarabağ döyüşçülərinə gerçək münasibəti necədir.

AXCP Rəyasət Heyətinin üzvü, şərlənərək həbs edilmiş Asif Yusifli nəinki Qarabağ qazisidir, üstəlik bir neçə gün öncə əməliyyat olunub. Heç köməksiz gəzə də bilmirdi. ?l ağacından istifadə edirdi. İndi belə bir adamın həbsi rejimin tam mənəvi iflasıdır. Qarabağla bağlı apardıqları boğazdan yuxarı təbliğatın saxtalığının etırafıdır.

Heç veclərinə də deyil ki, axı bu zəhrimar müharibə başa çatmayıb. Etiraz aksiyasına qatılan şəhid ailəsini fürsət düşən kimi təpikləməklə, Qarabağ qazilərinə divan tutmaqla, onları evə, işə, çörəyə möhtac qoyub, ailələrinin qarşısında başıaşağı etməklə, şərləyib həbs etməklə ölkə vətəndaşlarına hansı mesajları vermək istəyirsiniz?

Bu gün yaltaqlığı, qorxaqlığı, üzəduranlığı, satqınlığı ali dəyərlər kimi təbliğ edib, başa keçirməklə millətin mənəviyyatına hansı yaralar vurduğunuzu başa düşmürsünüzmü? Elə bilirsiniz ki, sizin əzizləriniz, doğmalarınız heç vaxt özünüzün bəslədiyiniz bu şər, böhtan, saxtakarlıq maşınının qarşısına çıxmayacaq?

Baxın ətrafınıza, dünyada nə qədər prezidentlər, hökumətlər, siyasi partiyalar artıq bu fikirlə barışıb ki, hakimiyyətlər də gəldi-gedərdir, müvəqqətidir, vaxtaşırı dəyişməlidir. Siz də bu fikirlə barışmaq zorundasınız. Onsuz da sonunda arzusunda olduğunuz daimi hakimiyyətə nail ola bilməyəcəksiniz, siz də gedəcəksiniz. O halda niyə bütün dəyərləri ayaqlayırsınız, cəmiyyətin nəzərindəki qırmızı xətləri heçə sayırsınız, xalqın içində özünüzə qarşı bu qədər nifrət körükləyirsiniz?

P. S. İndi xəbər tutdum ki, daha bir Qarabağ qazisi, AXCP Ali Məclisinin üzvü, hüquqşünas Zaur Ağayevə qarşı da təzyiqlər başlayıb. Zaur bəy Ağdam və Füzuli uğrunda döyüşlərdə başından və gözündən ağır xəsarət alıb. Məlum olur ki, bu analoqsuz inkişaf edən ölkədə qazimiz 20 il ərzində ev ala bilməyib. Yerli hakimiyyət də öz aləmində lütf edib, Zaur bəyə aylıq mənzil kirayə pulu verirmiş (xeyli mübarizədən sonra). Son vaxtlar Zaur bəyin siyasi fəaliyyəti yerli hakimiyyətin xoşuna gəlməyib, onlar da Zaur bəyin aylıq kirayə pulunu kəsiblər. Etiraf edim ki, bu rəzaləti qiymətləndirməyə mən söz tapmadım. Bəs siz?