backend

Qarabağ qazisi bələdiyyə seçkisinə qatıldiği üçün təzyiqlərlə üzləşir

Qarabağ qazisi bələdiyyə seçkisinə qatıldiği üçün təzyiqlərlə üzləşir
















Sabirabadda Qarabağ qazisi Zaur Ağayev bələdiyyə seçkisinə qatılmaq istəyini ortaya qoyandan sonra təzyiqlərlə üzləşir

Redaksiyamızla əlaqə saxlayan qazi təzyiqlər davam edəcəyi halda beynəlxalq təşkilatlara və səfirliklərə üz tutacağını deyir: “Deyirlər demokratik ölkədə yaşayırıq, belə demokratiya olur? Azərbaycan vətəndaşı kimi seçkidə iştirak etmək istəyimi ortaya qoymuşam, namizədliyim qeydə də alınıb. Ancaq imza vərəqələrini götürən gündən rahatlığım yoxdur. Rəsmi qurumlardan gündə bir mesaj, sifariş, hədə-qorxu gəlir. Bələdiyyənin belə güclü qurum olduğunu bilmirdim.

Mən bir neçə dəfə müxtəlif aksiyalar keçirmişəm, Qarabağ qazisi kimi pozulmuş hüquqlarımın bərpasına çalışmışam. Rayon rəhbərliyi etirazlarımı nəzərə alıb kirayədə qaldığım evin pulunu ödəyirdi. Indi bələdiyyəyə namizədlik ortaya düşən kimi zəng vurub deyirlər ki, sən bizim əleyhimizə getdiyinə görə bundan sonra kirayə pulu verilməyəcək. Başa düşmürəm, mən inqilab eləmişəm, yoxsa hakimiyyəti mənimsəmişəm? Azərbaycan vətəndaşı kimi hüququmdan yararlanmışam. Bunun nəyi pisdir? Buna görə vətəndaşa təzyiq edərlər? Yoxsa bu ölkə bizim deyil, bəlkə, gəlməyik, seçib-seçilmək hüququmuz yoxdur? Elə isə beynəlxalq təşkilatlara, səfirliklərə müraciət edəcəm ki, ya bizim kirayə haqqımızı ödəsinlər, ya da bizə öz ölkələrində sığınacaq versinlər"