backend

VAHİD RZAYEVDƏN PREZİDENTƏ SAXTAKARLIQ: QARABAĞ AQRAR SƏNAYE PARKI RƏSMƏN TALANIR...

VAHİD RZAYEVDƏN PREZİDENTƏ SAXTAKARLIQ: QARABAĞ AQRAR SƏNAYE PARKI RƏSMƏN TALANIR...

Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır

Cahan.info xəbər verir ki, bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Rəsmi xəbərə görə, Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır.

Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib. Qarabağ Aqrar Sənaye Parkında deyilənə görə 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Vergilər Nazirliyi isə kombinatın kapitalının azaldığını açıqlamışdı. Kompleksin rəhbəri Vahid Rzayev 20 milyon güzəştli krediti hara xərcləyib bilinmir.

Qarabağ Aqrar Sənaye Parkında işçi sayı da şişirdildiyi deyilir. Üstəlik, 32 milyonluq parkın istehsal potensialı gündən-günə aşağı düşüb.

Dövlətin 32 milyon manat vəsaiti hesabına ərsəyə gəlmiş “Qarabağ Aqrar Sənaye” kompleksi iflas durumundadır. Hazırda ümumi olaraq 600 başa yaxın heyvanın saxlanıldığı kompleksdə 6000 başa yaxın südlük və ətlik heyvan bəslənməli idi.

Bundan əlavə, kompleksin yerləşdiyi ərazi də müəssisə üçün tam uyğunsuzdur. Belə ki, Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur.

Müəssisənin inkişafını kompleksin önündən keçə magıstral və Yuxarı Qarabağ kanalı, arxadan isə “şor kanal” əngəlləyir. Bildirilir ki, Hesablama Palatası və Kənd Təsərrüfatı Nazirliyi bu sənaye parkında təftiş aparmalıdır.

V.Rzayev bu obyektin hesabına varlansa da, aqrar sektorun inkişafını tormozlayıb, kompleksi rəsmən talayıb, çökdürüb. Ona Bərdənin icra başçısı Vidadi İsayevin də dəstəyi az deyil.

Cahan.info xəbər verir ki, prezident onlara güvənib, etimad göstərib, Bərdədə müəssisənin inkişafını onlara tapşırıb. Amma V.Rzayev prezidentə saxtakarlıq edərək, parkı öz şəxsi marketi kimi idarə etməkdədir.

Bir müddət əvvəl Bərdənin Mehdili kənd sakinləri Salmanzadə Şahin və Həsən Sadıqov tərəfindən Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunda Vahid Rzayevin kriminal əlaqələrindən, müflis olmuş iş adamı Şahin Salmanzadənin və Həsən Sadıqovun maşınlarına tiryək qoyulmaqla hədələnməsi barədə məlumat gedib.

Ölkə rəhbərliyinə ünvanlanan həmin məktubda iddia olunur ki, Vahid Rzayevin bu təhdididndən sonra iş adamları ölkədən Rusiyaya qaçıb.

Ancaq bu da iş adamının harayına çatmayıb. Belə ki, ölkədən Rusiyaya gedən kriminal dəstə Həsən Sadıqovdan Rusiyada 400 min manat alıblar.

Reyting.az saytı xəbər verir ki, iflasa uğramaq həddinə çatmaq üzrə olan layihələrdən biri də Bərdə rayonunda tikilmiş “Qarabağ” Aqrar Sənaye Kompleksidir.

Bildirilir ki, Sahibkarlığa Kömək Milli Fondunun maddi dəstəyi ilə tikilmiş “Qarabağ” Aqrar Sənaye Kompleksinə xərcləndiyi iddia olunan 32 milyon manatın taleyi şübhəlidir, ortada ciddi mənimsəmə faktları var.

Bərdə rayonunun maldarlıqla məşğul olan ən böyük kəndi - Mehdilidə 35 hektarlıq ümumi otlaq sahəsini “Qarabağ” Aqrar Sənaye Kompleksinin tikintisi zamanı qeyri-qanuni zəbt ediblər.

Bu qanunsuzluğu kompleksin rəhbəri Vahid Rzayevlə Bərdə rayonunun icra başçısı Vidadi İsayev edib.

Əvəzində isə kənd sakinlərinə heç bir kompensasiya verilməyib. Hansı ki, layihənin icrası zamanı ərazinin alınmasına 3 milyon manatın ayrılması nəzərdə tutulub.

Amma nəzərdə tutulan 3 milyon manat təyinatı üzrə xərclənməyib. Əvəzində Bərdənin Xamtorpaq adlanan ərazisində 400 hektar sahə alınaraq kompleksin tikintisi üçün istifadəyə verilməli imiş.